Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən 42 yaşlı "qanuni oğru" Dadaş İbrahimov (Dadaş Bakinski (Novxanınski)) Rusiyadan deportasiya olunub.
gundemxeber.az aznews.az-a istinadən bildirir ki, azərbaycanlı "qanuni oğru" "Moskva-Bakı" aviareysiylə vətənə göndərilib.
Xatırladaq ki, Dadaş İbrahimov 2000-ci ildə "taclandırılıb". 2012-ci ildə Rusiyada narkotik saxlamağa görə həbs olunub. 2015-ci ildə koloniya əməkdaşına rüşvət verməkdə günahlandırıldığı üçün əvvəl təyin olunmuş 4 illik həbs cəzasına 11 ay da əlavə edilib. Belə ki o, koloniya əməkdaşına kameraya mobil telefon gətirdiyi üçün öz saatını bağışlayıb. Cari ilin yanvarında Rusiya Ədliyyə Nazirliyi İbrahimovun ölkə ərazisində olmasını arzuolunmaz hesab edib.
Beləliklə, sərhədçilərdən heç biri Dadaşovun saatına göz dikməsə, o, 2021-ci ilə kimi Rusiya ərazisinə daxil ola bilməyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?