Rusiyada 47 yaşlı azərbaycanlı «qanuni oğru» Vaqif Süleymanov (Bakinski) vaxtından əvvəl həbsdən azad olub.
Rusiya mətbuatının məlumatına görə, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “qanuni oğru”nun azad edilməsi barədə qərarı məhkəmə çıxarıb. Narkotik maddə saxladığına görə həbs edilən “qanuni oğru”nun cəza müddəti azaldılıb ki, bu da Rusiyada Cinayət Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar olub.
Bildirək ki,Vaqif Süleymanov 2 il əvvəl də Moskvada saxlanılmışdı. 5 qr heroinlə tutulan “qanuni oğru” 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?