GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Müstəqil mətbuatı dəstəkləyir və müdafiə edirik”

“Müstəqil mətbuatı dəstəkləyir və müdafiə edirik”

Tarix: 14-03-2016, 16:11 Bölmə :Ölkə Baxış: 0
“Müstəqil mətbuatı dəstəkləyir və müdafiə edirik”

Mirmahmud Mirəlioğlu: “Siyasi məhbusları azad etmək lazım və vacibdir”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, müxalifət qüvvələrinin yaratdığı Anti böhran Koalisiyasının təmsilçisi Mirmahmud Mirəlioğlu suallara cavab verib. Partiya sədri əsasən Azərbaycanda müşahidə olunan böhrandan, ABŞ dollarının məzənnəsinin qalxmasından, neftin dünya bazarındakı qiymətindən, hökumətin atdığı addımlardan, bu addımların effektiv olub-olmamasından danışıb. Partiya sədri həmçinin mətbuata təzyiqlərdən, siyasi məhbuslardan və “Gündəm Xəbər” qəzetinə olan basqılardan bəhs edib.

- Artıq neçə müddətdir ki, Azərbaycan dünyada müşahidə olunan iqtisadi-maliyyə böhranını bir tərəfi olaraq, krisizt mərhələsini yaşayır. Durumu necə qiymətləndirirsiniz?

- Elə böhran kimi. Analoqu olmayan “iqtisadi inkişafın” nəticəsini müşahidə edirik. Bütün bu məsələlərin hamısının başında yalançı iqtisadi inkişaf durur.

- Böhranın insanlara konkret təsirləri müşahidə olunurmu?

- Təsirləri var, amma çox zəifdir. Hələlik biz böhranın vətəndaşlara güclü təsiri barədə danışa bilmərik. Amma kütləvi təsir bundan sonra olacaq.

- Təsirlər özünü hansı formada göstərəcək?

- Təbii ki, iqtisadi vəziyyətin nəticəsi necə olacaqsa, təsirdə buna adekvat olacaq. Həllik insanların bir qisminin yaşayış imkanları var, bu səbəbdən də, ciddi təsir hiss etmirlər. Ancaq bu sonsuza qədər belə olmayacaq. Bunu mən deyil, iqtisadi rəqəmlər, bazarda tələb və təklifin fərqi deyir. Bu mənada hesab edirəm ki, böhran təsirsiz ötüşməyəcək.

- Hökumətin anti böhran tədbirlərini nə dərəcədə effektiv hesab etmək olar?

- Bu tədbirlər və addımlar imitasiyadan o yana keçmir. Bu addımlarda sanki təbliğat mexanizmi vurğulanır. Sən demə dünyada baş verən iqtisadi böhranın əsas səbəbkarları icra başçıları imiş. O icra başçıları ki, onları hakimiyyət özü təyin etmişdi, rotasiya qaydası ilə bu rayondan digər rayona göndərirdi. İndi onlar himayədən mərhum edilir. Əslində harınlıq əksər icra başçılarında var. Amma şübhəsiz ki, istisnalarda mövcuddur. Normal və xalqa xidmət edən başçılarda olmamış deyil. Amma elə rəy yaradılır ki, sən demə böhranın səbəbkarları filan icra başçıları olub. Hansı ki, onlar bu gün vəzifədən çıxarılırlar. Baxmayaraq ki,

zamanında bu rayonlardan başqa rayonlara göndərilirdi. Yanaşma da, belədir ki, gördüyümüz tədbirlər cəmiyyət və xalq tərəfindən qəbul ediləcək. İşin ən bərbad tərəfi odur ki, Binəqədi ərazisindəki təpələri indi Abşeron ərazisinə keçirirlər. Bu təpələri düzəldərkən dövlət büdcədən maliyyə xərclənib. Bunu Abşeron və Sumqayıta köçürəndə nə düzələcək? Yerdəyişmə ilə nə dəyişə bilər? Məncə, belə hallar qəbuledilməzdir.

- Dünya bazarında neftin qiymətində cüzi də olsa artım müşahidə edilir. Eyni zamanda ölkədə dolların kursunda hər gün artım baş verir. Bu məsələlərlə bağlı sizin proqnozunuz nədən ibarətdir?

- Bu bizim proqnozlarımızdan asılı olan məsələ deyil. Əksinə, bu böyük siyasətin tərkib hissəsidir. Məncə, bu artan xətlə inkişaf edəcək. Neftin qiymətində son günlər bahalaşma hiss edilir. Azərbaycan hakimiyyəti də sanki neftdən gələn gəlirlərdən asılı olmadığını nümayiş etdirmək, həmçinin vətəndaşı aldatmaqdan ötrü neftin qiymətini büdcədə 25 dollardan götürüb. Yəni bu məsələ davamlı olacaq. Bütün tanınmış analitiklər neftin qiymətinin düşəcəyini, dolların məzənnəsinin qalxacağını vurğulayır. Bunun qarşılığında bizim manatın hörməti qalmayacaq. Yəqin ki, növbəti devalvasiyada baş verəcək.

- İkinci devalvasiya zamanı rayonlarda etiraz aksiyaları baş verdi. Bəs üçüncü devalvasiyanın baş verməsi insanları hərəkətə gətirə bilərmi?

- Sözsüz ki, insanları hərəkətə gətirəcək. Amma heç kəs istəməz ki, bu Qubada, İsmayıllıda baş verən hadisələr kimi olsun. Və ya ikinci devalvasiya zamanı Siyəzəndə baş verənlər kimi olsun. Bunu heç kəs istəmir. Lakin gec-tez bu məsələ olacaq. Həm də, bununla bitməyəcək. Əgər hadisələr bu istiqamətdə gedərsə, qarşısıalınmaz proses olarsa, Azərbaycan hökuməti də öz aləmində düşünsə ki, hər şeyi həll edə bilir, kiminsə söz deməsinə ehtiyac yoxdur, üstəlik daxildə günahkar axtarılacaqsa, siyasi məhbuslar azad edilməyəcəksə, nəhayətdə iqtisadi böhran siyasi böhranla əvəzlənə biləcək. Bu istiqamətdə iş gedir və hökumət özü bunun üçün çalışır. Hakimiyyət bütün deyilənləri, təklifləri qulaqardına vurur, hesab edir ki, ən ağıllı adamlar onlardır, onlardan ağıllı insanlar yoxdur, Azərbaycanın iqtisadi inkişafı, gələcəyi qocalmış hökumətdən asılıdır, onlar vəziyyətdən çıxış yolu tapa biləcəklər və s. Bu sonluq yaxşı heç nə vəd etmir.

- Bəs bu vəziyyətdən qaçmaq mümkündürmü və sizcə, bunun üçün hansı addımlar atılmalıdır?

- Bu durumun qarşısını almaq mümkün deyil, amma bundan mümkün qədər az zərərlə çıxmaq üçün imkanlar var. Bunun üçün irəli sürülən təklifləri, debatları, böhrandan çıxış yollarını birgə aramağı sınaqdan keçirmək və sonra tətbiq etmək

lazımdır. Amma Azərbaycan hökuməti böhran sözünü yaxına qoymur. İddia edir ki, Azərbaycanda böhran yoxdur. Təbii ki, Azərbaycanda iqtisadi böhran hakimiyyətdəkilər üçün yoxdur. Çünki onların gəlirlərində köklü dəyişikliklərin olduğuna inanmıram. Yəni azalma yoxdur. Əgər bu gün fondların adından pul yığılırsa, rüşvətxorluq varsa, hakimiyyət özü etiraf etməsə də, korrupsiyaya qarşı mübarizə aparırsa, deməli bizim dediyimiz öz təsdiqini tapır. İşin pis tərəfi ondan ibarətdir ki, Azərbaycan hökuməti müxtəlif siyasi qüvvələrin, mütəxəssislərin təkliflərini eşitmək belə istəmir. Hətta danışan adamlara sözçülər vasitəsilə naşı olduğunu göstərməyə çalışırlar. Göstərmək istəyirlər ki, Azərbaycanda hər şey qaydasındadır, sanki torpaqlarda alınıb, bizim iqtisadi və siyasi problemimiz yoxdur. Az qala Qarabağ probleminin həll edildiyini dilə gətirmək istəyirlər. Sadəcə olaraq bir az utanırlar. Yalnız xarici siyasətimizin ən uğurlu siyasətolduğunu deməklə kifayətlənirlər.

- İki gün əvvəl qalmaqal sayılacaq hadisə yaşanıb. Ukrayna mediası sabiq KQB əməkdaşına istinadən xəbər yayıb ki, maliyyə naziri Samir Şərifov üç ölkənin agentidir...

- Bizim üçün bu məsələ siz düşündüyünüz qədər də təəccüblü deyil. Azərbaycan iqtidarlında istənilən nümayəndəni babat kombinasiya qurmaqla, normal məbləğdə pul təklif etməklə əldə etmək mümkündür. Bunu Eldar Mahmudov əməli fəaliyyəti ilə nümayiş etdirdi. Hökumətdə faktiki bunu təsdiq etdi.

- Siyasi məhbuslarla bağlı mövqeyiniz nədən ibarətdir?

- Bizim münasibətimiz açıq və qətidir. Biz hesab edirik ki, bu yolverilməzdir və qəbul ediləsi də deyil. Ölkədə siyasi məhbus olmamalıdır. Əgər hakimiyyət öz canının qorxusundan, habelə Avropa Şurasında, Avropa Parlamentində, ATƏT və digər qurumlarda adının hallandırılmasını, ölkəyə qarşı sanksiyaların olmasını arzu etmirsə, siyasi məhbus hesab edilən şəxsləri azad etməlidir. Əfv etməmək, bağışlamamaq Azərbaycan hakimiyyətinin qorxaqlığını göstərir. Məncə, bu qorxaqlıqdan sivrilib çıxmaq lazımdır. Bir sözlə, məsələni həll etmək vacibdir. Baxın, siyasi motivlə həbs edilən və hazırda həbsxanada olan insanlar hökumətə nə edə bilər ki? Xüsusilə, qeyd edim ki, hakimiyyət özü haqqında müştəbeh fikirdədir və onlara qarşı heç kimin heç nə edə blməyəcəyini qeyd edir. Bu halda siyasi məhbusların azadlığa buraxılmasından niyə çəkinmək və ehtiyat etmək lazımdır. Bu həm də hakimiyyətə qarşı beynəlxalq səviyyədə söz-söhbətlərin müşahidə edilməsini qaçılmaz edir. Bəzən adama elə gəlir ki, hakimiyyət siyasi məhbusları həbsdə saxlamaqla həm də siyasətlə məşğul olduğunu ifadə edir. Onları azad etmək lazımdır.

- Bildiyiniz kimi “Gündəm Xəbər” qəzetinə təzyiqlər var, baş redaktor Şirin Cəfərlinin həbsi istənilir. Ümumilikdə mediaya təzyiqləri necə qiymətləndirmək olar?

- Bizim mövqeyimiz son dərəcə aydındır. Biz mediaya təzyiqləri pisləyir və bunun yolverilməz olduğunu elan edirik. Təzyiqlər olmamalıdır. Ancaq deyəsən mediaya təzyiqin başında elə şəxslər durur ki, onlar mövsümü olaraq alınan, şərəfləndirilən, fəxri ad alan şəxslərdir. Məncə, onlar mediaya təzyiqlərin fərqində olmalıdırlar. Çünki onların özünün tanınmasında Azərbaycan mediasının müstəsna xidməti olub. Məsələn, bu gün ortada olanlara diqqət edək. Onlar öz imzaları ilə məhz azad media vasitəsilə tanınıblar. Həm də onlara tribuna mətbuat olub. Odur ki, mətbuatı qorumaq, jurnalistləri müdafiə etmək onların vəzifəsi olmalıdır. Əgər Milli Məclisdə, müxtəlif şuralarda, komissiyalarda təmsil olunan şəxslər öz həmkarlarını qorumaq niyyətində deyirlərsə, təbii ki, bu yaxşı hal deyil. Amma bütövlükdə media nümayəndələrinin qorunması vacib şərtdir. Bu təkcə müsahibələrlə olmalı deyil. Görəvli, təyin edilən şəxslərin vəzifələridir. Ən azı bu şəxslər tutduqları, onları vəzifəyə gətirən yolun mətbuatdan keçdiyini nəzərə almalı, unutmamalıdır. Onlar bunu etməlidirlər. Hökumət media nümayəndələrini mükafatlandıranda, harasa təyin edəndə sanki onları ələ aldığını düşünür. Məncə, bu yanlışdır. Odur ki, mətbuat vasitəsilə parlayan və vəzifələr tutan insanlar anlamalıdırlar ki, bu günlər onlar üçün də var. Bu mənada onlar həmkarlarını qorumağa borcludur. Biz fərd olaraq, partiya olaraq bu təzyiqlərə son verilməsini istəyirik. Xüsusilə “Gündəm Xəbər” qəzetinə qarşı təzyiqləri, aylarla davam edən istintaqı, məhkəmə prosesini pisləyirik. Vergidən yayınma adı ilə mətbuat orqanını susdurmaq doğru deyil. Gec-tez onsuzda bu olacaq. Amma bu vaxtında olmalıdır ki, Azərbaycanın başı ağrımasın, kimsə belə faktdan Azərbaycan əleyhinə istifadə etməsin. Azərbaycan təmsilçiləri bəzən deyirlər ki, Qərbdə, Avropada ölkəmizi istəməyənlər var. Azərbaycanı istəməyənlər əslində mətbuata təzyiq siyasətini aparanlardır. Onlar imkan yaradırlar ki, Azərbaycan qınansın. Biz müstəqil mətbuatı dəstəkləyir və müdafiə edirik.

Hüseyn ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15

  • 
  • Klassik Xalq Cəbhəsi Partiyası hakimiyyətdən anti-böhran poqramının açıqlamasını tələb etdi.

    Klassik Xalq Cəbhəsi Partiyası hakimiyyətdən ...

    8-02-2016, 22:23

  • 
  • Klassik  Xalq  Cəbhəsi  Partiyasının  sədri Mirmahmud Mirəlioğlu  31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

    Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud ...

    28-12-2018, 15:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu