Aynur Camalqızının rəhbərlik etdiyi “Gündəlik Teleqraf” qəzeti fəaliyyətini dayandırıb. AzNews.az-a daxil olan məlumata görə, baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək. Məlumata görə, Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda – publika.az və axar.az-da kütləvi ixtisarlar aparılıb. Saxlanılan işçilərin maaşları isə azaldılıb. Məsələ ilə bağlı A.Camalqızı ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?