GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mahmudov dövlətə hücum edir

Mahmudov dövlətə hücum edir

Tarix: 14-03-2016, 23:34 Bölmə :Ölkə Baxış: 0
Mahmudov dövlətə hücum edir

Azərbaycanda tam siyasi süstlüyün hökm sürdüyü bir vaxtda SSRİ KQB-nin qüdrətli Birinci Baş İdarəsinin keçmiş zabiti, bir vaxtlar əfsanəvi sayılan qaçqın sovet kəşfiyyatçısı, eks-mayor Yuri Şvetsin çıxışı partlayan bomba effekti yaratdı. Əvvəllər heç vaxt nəzər salmadığı, onun üçün uzaq və anlaşılmaz ölkə olan Azərbaycana yönələn Yuri Şvets Ukrayna portallarından birinə gözlənilmədən, heç kimin ağlına gəlmədən, praktiki olaraq boş yerdən ... Azərbaycanın maliyyə naziri Samir Şərifov haqda müsahibə verdi.

Sovet kəşfiyyatçısı həmin müsahibədə Azərbaycanın indiki maliyyə nazirinin SSRİ, Türkiyə, ABŞ və nəhayət indiki Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlığından bəhs edir. İttihamların xarakteri və onun mötəbərliliyi dərhal bizim ekspert cameəsini məşğul edərək əsas mövzuya çevrildi. Biz S.Şərifovun sadalanan kəşfyyat xidmətləri ilə əməkdaşlığına dair ortaya atılan versiyaların analizinə qayıdacağıq.

Lakin başlanğıc üçün iki əsas suala cavab tapmağa çalışaq. Axı Azərbaycan işlərindən uzaq olan keçmiş kəşfiyyatçını nəinki ölkəmiz, eləcə də onun maliyyə nazirindən bəhs etməyə məcbur edən motiv bütün bu əhvalatın özündən az əhəmiyyətli və maraqlı deyil. Beləliklə, mövzuya aid iki sual.

S.Şərifov Şvetsi niyə maraqlandırıb? Və məşhur latın məsələində deyildiyi kimi cuiprodest, yəni bu kimə lazım idi?

Mahmudov dövlətə hücum edir

Niyə məhz Şvets?

Doğrudanmı Samir Şərifov-kölgə fiqurlarından biri olan nazir qəfildən dünyada belə məşhurlaşdı ki, amerikalı analitik-ekspertin, sovetoloqun və keçmiş KQB zabitinin diqqətini cəlb etdi? Bu suala cavab axtarmazdan əvvəl ilk növbədə Şvetsin özünün keçmişdəki araşdırma sferasına nəzər salmaq lazımdır.

1980-ci illərdə sovet kəşfiyyatçısı Yuri Şvets ABŞ-da TASS-ın “krışası” altında, agentliyin xüsusi müxbiri kimi işləyirdi. Xeyli vaxt sonralar keçmiş “xüsusi müxbirin” özü etiraf etdi ki, onun Birləşmiş Ştatlardakı əsas vəzifəsi SSRİ-yə mümkün nüvə zərbələri barədə informasiyaların toplanması və analizi idi. Belə görünür ki, Şvets elə o vaxtlardan Amerika xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. Axı o, SSRİ-nin dağılmasından dərhal sonra okeanın o tayına yollandı və orada özünün “Vaşinqton rezidenturası: mənim KQB casusu kimi Amerikadakı həyatım” adlı memuarlarını dərc etdi. Bu kitab dərhal bestsellerə çevrildi.

QRU agenti Suvorovun və onun “Akvarium”unun qaçması insidentindən sonra KQB agentlərinin Qərbdəki casus fəaliyyətləri belə demək mümkünsə, ikinci “böyük satqınlıq” əhvalatına çevrildi. Prezident Putin iki onillik sonra “n” sayda sovet kəşfiyyatçısının “azad dünyaya” qaçmasını məhz bu cür-“böyük satqınlıq” adlandırır.

Mahmudov dövlətə hücum edir

Bəli, daha sonra Kaluqin əhvalatı baş verdi, sonralar şübhəli şəkildə ölən ikili agent Sergey Tretyakovla bağlı qalmaqal yaşandı. Lakin Şvetsin ifşaedici etirafları və onun sovet rezidenturasının fəaliyyətinə dair açıqladığı sensasion faktlar Amerika xüsusi xidmət orqanlarına sovet kəşfiyyatının daha çox strukturlaşdırılmış qolu - “qeyri-leqallar”la mübarizədə xüsusi kömək etdi.

Şvets sadə adam deyil, çoxüzlüdür və onun kommersiya şirkətləri üçün məlumatların toplanması və risklərin təhlili ilə məşğul olmaq üçün yaratdığı firma 18 ildir Amerika qitəsindən tutmuş Afrikaya, Avrasiyaya qədər hər yerdə kök salıb...

Faktiki olaraq Şvetsin şirkəti Amerika xüsusi xidmət orqanları və Qərbi Avropanın məxfi xidmətləri ilə sıx qarşılıqlı təmasda işləyib. Hərçənd ki, hərdən keçmiş kəşfiyyatçının analitik hesabatları banal kommersiya maraqlarına da əsaslanırdı.

Şvetsin adı “Litvinenkonun zəhərlənməsi”, “Melniçenkonun kaseti”, “İvanovun ovu” kimi səs-küylü siyasi qalmaqalların araşdırılmasında keçir. Onun araşdırmalarının fokusunda birbaşa Putin, onun yaxın ətrafı və Ukrayna-Rusiya qarşıdurması formatındakı ən həssas məqamlardır. Şvets hələ birinci “narıncı inqilab” vaxtında və jurnalist Qonqadzenin qətli işində Ukraynadakı situasiyanı tam gücü ilə qarışdıranlardan biri idi. Pyotr Lyutıyın qeydləri və kompromatlar dalğası Kiyev siyasi istebleşmentini sarsıtdı. Və yalnız bir müddət sonra dünya bunu öyrəndi ki, həmin psevdonimin arxasında kim gizlənib. Lyutıy bir başqası deyil, məhz Yuri Şvets idi!



Niyə Şərifov?

Və budur, martın 9-da səhər tezdən Ukraynanın “Qordon” adlı saytında (bu resursu Ukraynada daha çox bir adamın saytı adlandırırlar, onun əsasını qoyan və rəhbərlik edən, Kiyev meri postuna keçmiş namizəd Dmitri Qordondur) Yuri Şvetsin yeni müsahibəsi meydana çıxır. Yeri gəlmişkən qeyd edək ki, Y.Şvets “Qordon”da tez-tez qonaq olur, belə təəsürat yaranır ki, sayt Kreml elitasını gözdən salmağa çalışan sovet kəşfiyyatçıları -qaçqınları üçün müəyyən platforma rolunu oynayır. Saytın səhifələrində Suvorov da tez-tez görünür. Lakin bu gün söhbətin mövzusu ayrıdır. Bizi maraqlandıran həmin müsahibəsində Şvets Sergey Lavrov haqda danışır, Mərkəzi Kəşfiyyat İdarəsinin əfsanəvi agenti Robert Levinsonu yada salır, özünün yeni sensasion kitabından bəhs edir və birdən Azərbaycanın maliyyə naziri Samir Şərifova keçir.

Doğrudur, bundan əvvəl jurnalist Şvetsə S.Şərifov barədə açıq-aşkar istiqamətləndirici sual ünvanlayır. Tutaq ki, Şvets özünün hələ çapdan çıxmamış yeni kitabına dair hansısa qəribə yollarla jurnalist Natali Dvalinin əlinə keçən qeydlərində S.Şərifov barədə nələrsə yazmışdı. Ancaq jurnalisti niyə məhz bu qeydlər maraqlandırdı? Doğrudanmı Bakıdan olan məmur, lap yüksək ranqlı olsa belə, dünya siyasi prosesləri üçün o qədər həlledici fiqur oldu ki, Şvets diqqətini məhz ona yönəltdi?


Bəs Dvali? Sovet agentinin ağlının şübhəli məhsulunu birnəfəsə udan bu jurnalisti ancaq Azərbaycan nazirinin əhvalatı maraqlandırdı?!

Mən tənbəllik etmədən təqaüdçü-casusun bütün yaradıcılığını araşdırdım. Paradoksal olsa da Şvets karyerası ərzində bir dəfə də olsun Azərbaycana azacıq maraq göstərməyib. Heç Qazaxıstanla da maraqlanmayıb. Ermənistanı, Moldovanı demirəm, heç Özbəkistana da nəzər salmayıb. Ukrayna istisna olmaqla keçmiş sovet respublikalarının prezidentləri haqda bircə söz də işləməyib. Bəs nəyə görə qəfildən okeanın o tayındakı analitik ölkəmizlə, xüsusən də siyasi qərarların formalaşmasında və qəbul edilməsində heç cür iştirak etməyən nazirlə maraqlandı?



Sifariş ortadadır. Bəs sifarişçi kimdir?

Kimsə, hansısa gözəgörünməz qüvvəsə analitikdən S.Şərifov barədə əməliyyat məlumatları barədə ya xahiş edib, ya tövsiyədə bulunub, yaxud ola bilsin onu yönləndirib.

Bu quramanın sifarişçiləri və ilhamvericiləri kifayət qədər incə işləyiblər. Bu hiyləgərliyə və məkrliliyə görə onlara hörmət də düşür. Oyunçuların bütün ənənələrinə görə izi yanlış yola istiqamətləndiriblər.

Şvets kimi adamın dilindən səslənən ittiham bu informasiyaların xarici mənbələr tərəfindən sızdırılması qənaətini yaradır. Böyük ölçüdə Şvets özü də müsahibədə etiraf edir ki, S.Şərifov barədə əməliyyat məlumatlarını ona Rusiya xüsusi xidmət orqanlarından ötürüblər.

Şvets deyir: “Federal Təhlükəsizlik Xidmətindəki mənbə bir neçə il əvvəl agentura məlumatı hazırlayıb. Təəcüblənmərəm ki, əgər ABŞ-da və ya Türkiyədə hazıra Rusiyaya işləyən Şərifovun üçqat agent olduğundan heç kim şübhələnmir. Diqqət yetirin, mənim təqdim etdiyim informasiya analitik qənaət deyil, əməliyyat məlumatlarının üstündə oturan adamlardan daxil olan konkret faktlardır”.

Mahmudov dövlətə hücum edir

Onun sözlərindən birmənalı şəkildə belə çıxır ki, Şərifov barədə agentura arayışını Şvetsə FTX-dən, “əməliyyat məlumatının üstündə oturan adamlardan” göndəriblər. Sual yaranır, əgər Şvetsin dediyi kimi Şərifov hazırda Rusiya kəşfyyatına işləyirsə, o zaman FTX və ya Xarici Kəşfiyyat İdarəsi nəyə görə öz adamlarını, bu cür qiymətli təsir agentini ifşa edir? Heç bir məntiq yoxdur! Bəlkə bu əməliyyat məlumatını Şvetsə hansısa “köstəbək” ötürüb?! Ancaq bu versiya da ağlabatan deyil. Və aşağıdakı səbəblərdən.

Əgər Şərifov doğrudan da Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirsə deməli onunla xüsusi xidmət orqanlarının Azərbaycan üzrə işləyən məhdud sayda əməkdaşları məşğul olur. O zaman indiki Putin Rusiyasında hansı xüsusi xidmət əməkdaşı özünü bu cür kobud şəkildə zərbə altına ata bilərdi? Belə hal ancaq və ancaq Yeltsin dövründə, “köstəbəklərin” praktiki olaraq açıq-aşkar qiymətli informasiyaları xaricdəki həmkarlarına satdıqları xaos zamanlarında mümkün ola bilərdi. Lakin indiki Rusiya reallığına azacıq bələd olan istənilən ekspert gözəl başa düşür ki, belə hal mümkün deyil. Üstəlik Şvetsin iddia etdiyi kimi Rusiya xüsusi xidmət orqanlarının MKİ-nin əlindən qopardığı agenti satmaq nəyə gərəkdir axı?



Bəlkə Mərkəzi Kəşfiyyat İdarəsi?

Əgər MKİ Şvetsin əliylə bu kompromatı sızdırıbsa və bununla da satqınlıq edib Rusiyanın tərəfinə keçən agenti cəzalandırmaq istəyirsə bu ayrı məsələdir. Və belə görünür ki, bu oyunun əsl təşkilatçıları analitik düşüncəli oxucularda məhz bu qənaətin yaranmasını hesablamışdılar. Bu versiya şübhəsiz ki, ağlabatan görünür.

Deməli bütün şübhələr Amerika xüsusi xidmət orqanlarına yönəlir, sən demə onlar Azərbaycan nazirinin hərəkətindən, kollaboratsionizm yolunu seçib düşmən tərəfə keçməsindən hiddətləniblər. Lakin hamıya aydındır ki, bu cür primitiv kombinasiya MKİ kimi yüksək peşəkarların cəmləşdiyi kəşfiyyat bədheybətinin üslubu deyil.

Əgər bu məşhur idarə Bakıdan olan naziri ifşa etməyə qərar verərdisə onu tamam ayrı formada edərdi. Və əlbətdə ki, Şərifovun Amerika torpağına ayaq basdığı gündə deyil. Hələ onu demirik ki, Amerika xüsusi xidmətləri bu işə onlarla bağlılığı hamıya məlum olan adamı - Şvetsi qoşmazdılar.

Mahmudov dövlətə hücum edir

Üstəlik buna diqqət yetirin ki, Şvets müsahibəsində ikinci “MKİ agentini” - xarici işlər nazirinin müavini Xələf Xələfovu da ifşa edir. Tutaq ki, Şərifov amerikalıları satıb, rusların tərəfinə keçib və onu ifşa etməyi qərara alıblar. Bəs belə olan halda Xələfov kimi “qiymətli agenti” ifşa etmək nəyə lazım idi? Xüsusən də Şvetsin dediyinə görə, o, amerikalılara sadiqdirsə, mötəbər və perspektivli azərbaycanlıları ələ almaqda MKİ-yə kömək edirsə. Axı Şvetsin versiyasına görə o, Şərifov kimi satqın deyil!

Gəlin birlikdə düşünək: indiyə qədər MKİ kimi super kəşfiyyat xidməti hansı agentini deşifrə edib? Bu nə sayıqlamadır? Bu nə ucuz tamaşadır?

Suvorov, Kaluqin, Şvets və digərləri kimi “soyuq müharibə qəhrəmanları” MKİ və digər Amerika xüsusi xidmət strukturları üçün öz əhəmiyyətlərini itirmişdilər. Lakin bu gün yeni qlobal Amerika-Rusiya qarşıdurmasının başladığı bir vaxtda bu agentlərə yenidən tələbat yarandı. Və Rusiya yuxarı dairələrinin ifşası kimi sevimli mövzusu ilə müftəxorluq edən Şvets də yeni informasiya müharibəsi üçün lazım oldu.

Ancaq onun hər çıxışının ayrıca götürülmüş xüsusi xidmət orqanı tərəfindən planlaşdırıldığını və təşkil edildiyini düşünmək Qərb kəşfiyyatının iş metodlarına bələd olmamaq deməkdir. Ölümündən sonra üzə çıxdığı kimi həmin Litvinenko ispan kəşfyyatına da işləyib (ispaniyalı hakim Xose Qrinda Qonsalesin etirafına əsasən), Əhməd Zakayevin ayrı-ayrı sifarişlərini də yerinə yetirib, Berezovski ilə də dostluq edib, bütün bunlarl eyni vaxtda Britaniya kəşfiyyatının ştatlı agenti olub.

Və digər tərəfdən, Samir Şərifovun nüfuzdan salınmasında qəfildən ABŞ, yaxud Rusiya niyə maraqlı oldu? O, həmin dövlətlərə nəylə mane olurdu ki? Yolları harada kəsişdi?



Samir Şərifov kimə mane olurdu?

Təkrar edim ki, Samir Şərifov ölkənin siyasi rəhbərliyinə daxil deyil, xarici siyasətin formalaşmasına, beynəlxalq istiqamətin müəyyənləşdirilməsinə və xarici siyasət seçiminə təsir göstərmir. Güclü dövlətlərin xüsusi xidmət orqanları belə şantaj növünə yalnız ən müstəsna hallarda əl atırlar ki, ölkənin taleyində həlledici rola malik qərarların qəbul edilməsi öncəsi nüfuzlu şəxsə təzyiq göstərsinlər. Şərifov isə bu cür addımlara görə cavabdeh simaların siyahısına daxil deyil.

Bundan əlavə, S.Şərifov qərbyönümlü şəxs kimi tanınır və ölkə iqtisadiyyatının sürətli islahatlarının tərəfdarıdır. Eyni zamanda, məhz o, Beynəlxalq Bankdakı korrupsiya piramidasının ifşa olunmasında və Cahangir Hacıyev başda olmaqla “kredit oliqarxları” işinin başlanmasında başlıca rol oynayıb.

Mahmudov dövlətə hücum edir

Bax indi biz, deyəsən, S.Şərifova qarşı bu təxribatın əsas səbəbinə yaxınlaşdıq.

Beləliklə, azərbaycanlı nazir nə Qərbə, nə Rusiyaya, nə İrana, nə də Türkiyəyə mane olmurdu. Bu işdə xarici iz, həm də sifarişin çox primitiv səviyyədə icra edilməsini nəzərə alsaq, tamamilə nəzərdən çıxarılmalıdır.

Nəhayət, çox nümunəvidir ki, Şvetsin səs-küylü çıxışı sosial şəbəkələrin Azərbaycan seqmentində məhz o gün tirajlanmağa və yayılmağa başlayır ki, həmin gün heç bir şeydən xəbəri olmayan S.Şərifov xüsusi vacib missiya ilə ABŞ-a yollanır. Cənub qaz dəhlizi (TAP) layihəsi nəinki Azərbaycan üçün, həm də Qərb üçün, ilk növbədə bu meqalayihəni Avropanın energetik və geoiqtisadi təhlükəsizliyinin zəmanəti kimi açıq şəkildə dəstəkləyən ABŞ hökuməti üçün strateji əhəmiyyətə malikdir.

Hazırda nümayəndə heyətinin başçısı kimi S.Şərifov dünyanın maliyyə mərkəzlərində - Londonda, Nyu-Yorkda, Los-Ancelesdə, San-Fransiskoda, Bostonda TAP layihəsi üçün istiqrazların “road-show”sunu (ilk nümayişini) keçirir. Bununla birgə, qiymətli kağızların yerləşdirilməsi üzrə səlahiyyətli təşkilatlar kimi aparıcı Amerika bankları - Citi Bank, UniCredit və JP Morgan müəyyən olunub, Lazard FreresSAS şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi kimi çıxış edir. Daha hansı arqumentlər lazımdır ki, bu çirkin, həddən artıq qarışıq, amma şok effekti yaradan işin əsl səbəbini müəyyən edəsən? Birmənalı olaraq, Samir Şərifova atəş Bakıdan açılıb!



Yenə də Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşması

Nazirə qarşı bu böhtan kampaniyasının sifarişçisi Eldar Mahmudovun və Cahangir Hacıyevin kriminal qruplaşmasıdır. Müəyyən etmək mümkün olub ki, Şərifova qarşı bu sifariş Eldar Mahmudovdan o, hələ milli təhlükəsizlik naziri oilarkən verilib. Mənə məlum olduğu qədər hazırda Azərbaycan hüquq-mühafizə orqanları saxta arayışın, Şərifova aid “operativ məlumatlar”ın ötürülməsi mexanizmini araşdırırlar.

Vacib qeyd: hələ bir neçə il öncə Azərbaycanın “müxalif və müstəqil KİV” səhifələrində buna bənzər qara təbliğat kampaniyası keçirilmişdi. O zaman məqsəd Vaşinqtonun Azərbaycanda yeni “rəngli” inqilab hazırlaması fikrini sübuta yetirmək və onun lideri kimi S.Şərifovu göstərmək idi. Dəqiq məlumdur ki, maliyyə nazirinə qarşı onun ABŞ-ın müstəqillik günü münasibətilə Amerika səfirliyində təşkil olunmuş mərasimdə çıxışından sonra başlanan həmin kampaniyanın arxasında MTN dururdu.

Məhz Maliyyə Nazirliyi xidməti istintaq apararaq Mahmudovun qudası – Cahangir Hacıyevin və kredit oliqarxları səviyyəsinə yüksəldilmiş “saxta iş adamları”nın cinayətkar əməllərini ifşa etmişdi. Dəfələrlə yazdığımız kimi, kreditlər Mahmudovla Hacıyevin adamlarına şübhəli layihələrin həyata keçirilməsi adı ilə girovsuz və texniki-iqtisadi əsaslandırma olmadan, lakin kriminal duetin mütləq “şapka”sı şərtilə verilirmiş. Məhz bu cinayətkar “ikili” ölkənin əsas bankını talayıb. Nəticələr faciəvidir – bankda 12 milyard manat (manatın ilk devalvasiyaya qədərki məzənnəsi ilə) çatışmazlıq aşkarlanıb.

Xidməti istintaqın bütün gedişatı boyunca Samir Şərifov MTN rəhbərliyi tərəfindən açıq-aşkar şantaja və hədə-qorxuya məruz qalıb. Ondan vur-tut bir şey tələb olunurdu – istintaqın dayandırılması, cinayətkarların və ölkə rəhbərliyindən irimiqyaslı qarət barədə məlumatın gizlədilməsi. S.Şərifov geri çəkilmirdi. Anlatırdı ki, müvafiq qurumun rəhbəri kimi dövlətin maliyyə siyasətinin həyata keçirilməsinə və maliyyə axınlarının hərəkətinə nəzarətə bilavasitə özü cavabdehdir. Buna müvafiq olaraq, Mərkəzi Bankın başçısı Elman Rüstəmovla birlikdə o, büdcə vəsaitlərinin qarət olunmasına görə birbaşa məsuliyyət daşıyırdı. Xüsusilə, söhbət səhmlərinin 51%-nin Maliyyə Nazirliyinə məxsus olduğu ölkənin ən iri bankından gedirsə.

Yoxlamalar davam edirdi, KİV-də isə zaman-zaman yaxın vaxtlarda rəngli inqilabın olacağı və ona Sorosun yaxın dostu – Samir Şərifovun rəhbərlik edəcəyi ilə bağlı xəbərdarlıqlar dərc olunurdu. Hadisələrin bu cür gedişinin arxasında da E.Mahmudovun yaxın əhatə dairəsindən olan adamlar dururdu.

Lakin S.Şərifov geri çəkilmədi və ölkənin ən iri bankının misli görünməmiş qarətinin sxeminin sübutlarını prezidentə təqdim etdi. Eldar Mahmudovla Cahangir Hacıyevin cinayətkar fəaliyyətinin nəticələri ölkənin maliyyə və bank-kredit sistemi üçün həqiqətən də faciəvi oldu. Ölkənin təhlükəsizliyinə cavabdeh olan quldurlar – poqonlu qulyabanilər Azərbaycanın iqtisadiyyatını sözün əsl mənasında darmadağın etmiş, bununla yanaşı, minlərlə vətəndaşın mülkiyyətini ələ keçirərək sahibkarlar sinfini məhv edirdi... Doğma ölkədə qarət olunmuş vəsaitləri Mahmudov və Hacıyev, cinayətkar mexanizmlərdən istifadə etməklə, ofşor zonalara daşıyırdılar. Prezidentə və dövlətə belə zərbəni Vətəninə, öz xalqına xəyanət etmiş nə Fərhad Əliyev, nə Rəsul Quliyev, nə Abbas Abbasov, nə də digər nazir və dövlət xadimləri vurmamışdılar!

Mahmudov dövlətə hücum edir

Bu, indiyə kimi misli-bərabəri görünməmiş quldurluq idi ki, cinayətkarlar tərəfindən az qala dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Samir Şərifov isə hökumətdə bu doymaq bilməyən dəstəyə qarşı duranlardan biri idi...

Diqqət edin, MTN-in Antiterror mərkəzinin rəisi Elçin Quliyevin kabinetində cızma-qara edilmiş “saxta arayış” özü bu çirkin əməlin təşkilatçılarını ələ verir. “Məlumatlar”ın müəllifləri 1992-ci il üzrə MTN-in operativ məlumatına istinad edirlər, qeyd edilir ki, guya amerikalılar hələ o vaxt BVF ilə danışıqlarda məhz Samir Şərifovun iştirak etməsində israr edirmişlər. Tutaq ki, amerikalılar onun namizədliyini irəli sürüblər və 1992-ci ildə ABŞ agentləri BVF-in Bakı nümayəndəliyində Şərifovla bağlı hansısa sənədləri oğurlayıblar. Tutaq ki, bu belədir, bəs onda Mərkəzi Kəşfiyyat İdarəsi özünün agenti olan Şvetsin vasitəsilə Amerika kəşfiyyatının Azərbaycanda həyata keçirdiyi xüsusi əməliyyatın üstünü niyə açır? Mahmudovun ətrafındakı dar düşüncəli texnoloqlardan başqa kim bu cəfəngiyyata inanar?

Mahmudov dövlətə hücum edir

Yaxud daha bir fakt. Arayışda göstərilir ki, guya “Rusiya xüsusi xidmət orqanları 2009-cu ildə Nikoil Bank-ın Bakı şöbəsi vasitəsilə 600 min barel yüngül Azərbaycan neftinin Yeni Zelandiyanın Sumato Energy Group Limited şirkətinə satışı müqabilində Şərifova “şapka” verilməsini aşkarlayıblar”. Bu axmaq kağızı tərtib edərkən müəlliflər internetdə Sumato Energy Group Limited şirkətinin məlumatlarına müraciət etməyi də yaddan çıxarıblar. 2009-cu ildə Sumato Energy Group Limited şirkəti bircə dəfə də olsa 600 min barel almayıb! Şirkətin hesabatlarında belə bir rəqəm ümumiyyətlə yoxdur. Həmin il cəmi 5 neft alışı olub ki, bunların da hər biri 1 milyon barel həcmində olub!

Təəccüblüdür, bu sərsəmlik kimə hesablanmışdı ki?



Eldar Mahmudov – SSRİ KQB agenti

Şübhəsiz ki, Samir Şərifovun SSRİ KQB ilə “əməkdaşlığı”nın təfərrüatları barədə nəsə demək çətindir, amma hamıya məlumdur ki, xarici ölkələrə işləməyə yollanan bütün Sovet vətəndaşları mütləq şəkildə totalitar dövlətin xüsusi orqanlarında müsahibədən keçirdilər. Buna görə də, istisna etmək olmaz ki, Yəməndə çalışmış S.Şərifov da KQB-nin süzgəcindən keçib. Amma Qaradağ rayonunun 6-cı milis şöbəsinin xüsusi komendaturasının müfəttişi Eldar Əhmədoviç Mahmudovun şəxsi işindən dəqiq məlumdur ki, o, 1982-ci ildə SSRİ KQB ilə könüllü əməkdaşlığa başlayıb. O, “Dağsiçanı” agentura ləqəbi ilə fəaliyyət göstərib. Yəqin ki, bu işində “Dağsiçanı” çox ciddi-cəhdlə çalışıb, çünki xüsusi xidmət orqanlarına işləməyə başlayandan dərhal sonra o, yəni Eldar Mahmudov xidməti pilləkənlə sürətlə yuxarı qalxmağa başlayır – onu Azərbaycan SSR DİN 5-ci şöbəsinin (nəzarət xidməti!) baş müfəttişi təyin edirlər.

Daha bir müddət sonra SSRİ KQB-dəkı kuratorlarının dəstəyi ilə E.Mahmudov Bakının Kirov rayonunun milis şöbəsində operativ işə keçirilir. Rusiya xüsusi xidmət orqanlarının arxivləri çuğul Mahmudovun raportları və “donos”ları ilə doludur. Mümkün hal kimi qiymətləndirirəm ki, SSRİ dağıldıqdan sonra SSRİ KQB-nin xələfinin – Rusiya xüsusi xidmət orqanının nəzarətinə keçmiş Eldar Mahmudov xidməti pilləkəndə daha bir yüksəlişə nail olur – SSRİ DİN Mütəşəkkil cinayətkarlığa qarşı regionlararası idarəsində vəzifə sahibinə çevrilir...

Bax bu faktları heç kim, o cümlədən E.Mahmudov da inkar edə bilməz. Elə öz qudası Cahangir Hacıyevin Rusiya xüsusi xidmət orqanlarının bəzi yüksək vəzifəli generalları ilə əlaqələrinin təkzibolunmaz sübutları kimi. Yeri gəlmişkən, Azərbaycanda qarət etdiyi milyardları C.Hacıyev ölkədən kənara məhz bu generalların hazırladığı qeyri-qanuni sxemlərin köməyi ilə çıxarıb. 2005-ci ilin dekabr ayının 17-də Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Mərkəzi rayonu üzrə İstintaq idarəsinin əməkdaşları və İqtisadi təhlükəsizlik idarəsinin operativ şöbəsinin işçiləri Beynəlxalq Bankın Moskva filialında məhz pulların xaricə qeyri-qanuni daşınması ilə əlaqədar axtarış keçirmişdilər.

Təəssüf, amma hələ də Cahangir Hacıyevin və Eldar Mahmudovun ofşorlara göndərdikləri milyardları geri qaytarmaq mümkün olmayıb. Onlar tərəfindən daşınmaz əmlaka nəhəng aktivlər yatırılıb – C.Hacıyevin Londonda aldığı təkcə bir qədim qəsrin qiyməti yüz milyonlarla funtla ölçülür... Qərbdə yerləşən bütün əmlakdan hələ danışmırıq. Əmlak alqı-satqısı ilə məşğul olanlara görə, onların dəyəri milyardlarla ölçülür.



Arif Məmmədov Mahmudovun izinə gətirib çıxarır

Bəlkə Şvetsin təxribatı heç Mahmudovun yox, maliyyə naziri ilə münaqişəyə girmiş başqa qruplaşmanın işidir? Başqa versiyaların mövcud olmaq hüququ varmı? Düzünü desəm, SSRİ Müdafiə Nazirliyi yanında Moskva hərbi institutunun (“QRU” məktəbinin) məzunu, xarici müxalifətin liderlərindən biri olan eks-səfir Arif Məmmədovun bəyanatı bu işdə son şübhələri də dağıtdı. Bəlkə təsadüfən, bəlkə də ədabazlığından qaynaqlanaraq, Şvetsin çıxışından dərhal sonra Arif Məmmədovun da səsi çıxdı.

Keçmiş diplomat tamamilə birmənalı şəkildə Şvetsin bəyanatının guya doğru olduğunu təsdiqləməyə tələsdi və bununla da, bu işdə nöqtəni qoydu. Özü də dərk etmədən, A.Məmmədov böhtan kampaniyasının baş müəllifini tamamilə ifşa etdi. Siz qəribə davranışlı səfirin bəyanatına bir diqqət yetirin: “Azərbaycanda dövlətin əleyhinə işləyən çox nüfuzlu şəbəkə mövcuddur. Bu şəbəkəyə ən nüfuzlu şəxslər – nazirlər, nazir müavinləri, Prezident administrasiyasının yüksək vəzifəli nümayəndələri daxildir. Bunun MTN-in keçmiş başçısı Eldar Mahmudov da bilirdi və rəhbərliyə müvafiq məruzə etmişdi. Yaxın zamanlarda daha dəhşətli xəyanət faktlarının üstü açılacaq”.


Mahmudov dövlətə hücum edir

Mənə bir şey qaranlıq qalır: Arif Məmmədov haradan bilirdi ki, Eldar Mahmudov prezidentin kabinetində dövlət başçısına nə məruzə edib? Bu tez-tələsik “təsdiqləmə”dən sonra Arif Məmmədovun özünün gözlənilməz üsyanı ilə bağlı ciddi şübhələr yaranır. Arif Məmmədovun Brüsseldəki çıxışlarına bir zamanlar ölkə hökumətindəki nüfuzlu şəxslərin mövqelərinə zərbə vurmağa çalışmış keçmiş rektor Elşad Abdullayevi Qərbdə tirajlayan MTN-lə Mahmudov rəvac verməyiblər ki? Yenicə peyda olmuş müxalifətçinin Mahmudovun gizli məruzələrinin təfərrüatları barədə belə məlumatlı olmasını başqa nə cür izah etmək olar? Və onun Mahmudovu açıq-aşkar dəstəkləməsini necə izah etmək olar? Ümumiyyətlə, Şvetsin çıxışından sonra Arif Məmədov birdən birə Eldar Mahmudovu niyə xatırlasın ki?

Bütün bunlar göstərir ki, məhz Eldar Mahmudov Azərbaycanda əsas dağıdıcı qüvvəyə çevrilib. Düzdür, onun başçılıq etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın böyük hissəsi həbs olunub, lakin 10 il ərzində bu qrupa rəhbərlik edərək, deyəsən, öz cəzasızlığına və günahlarının bağışlanacağına şübhə etmədən o, hakimiyyətlə açıq mübarizəyə başlayıb.

Bunlar üzdə olanlardır: Mahmudov Samir Şərifova deyil, Sistemə, Prezidentə, Dövlətə və bütün hakim sinfə qarşı çıxıb. Bu, bir nazirin nüfuzunun qaralanması cəhdi deyil, ölkənin dövlət maraqlarına zərbədir!


Eynulla Fətullayev,
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovla bağlı sensasion qərar - “...apreldə həbs ediləcək”

    Eldar Mahmudovla bağlı sensasion qərar - ...

    31-03-2016, 14:39

  • 
  • Baş maliyyə “şef”inin həbsinə hazırlıq  görülür?

    Baş maliyyə “şef”inin həbsinə hazırlıq görülür? ...

    27-12-2016, 20:47

  • 
  • Samir Şərifov bu qurumun yoxlanılması üçün TAPŞIRIQ VERDİ

    Samir Şərifov bu qurumun yoxlanılması üçün ...

    16-02-2021, 11:00

  • 
  • Samir Şərifovu kimlər, niyə vurdular – Həbslər gözlənilir (ANALİZ)

    Samir Şərifovu kimlər, niyə vurdular – Həbslər ...

    10-03-2016, 14:01

  • 
  • Samir Şərifovun tənqidinə həsr edilən yazılar sayt lardan niyə silinir? – Bunda kim maraqlıdır…

    Samir Şərifovun tənqidinə həsr edilən yazılar ...

    26-01-2017, 21:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu