GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Baş maliyyə “şef”inin həbsinə hazırlıq görülür?

Baş maliyyə “şef”inin həbsinə hazırlıq görülür?

Tarix: 27-12-2016, 20:47 Bölmə :Siyasət Baxış: 769
Baş maliyyə “şef”inin həbsinə hazırlıq  görülür?

Samir Şərifov “istefaya hazıram” mesajını verdi, istəyi rədd edildi: “Fəaliyyəti yoxlanılsın...”

Son günlər maliyyə naziri Samir Şərifovun və onun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin fəaliyyətindəki ciddi nöqsanlarla bağlı araşdırmalara başlanıldığı haqda məlumatlat intensivləşib. Həmin məlumatlarda iddia olunur ki, Azərbaycan Hesablama Palatası Maliyyə Nazirliyində əsaslı yoxlamalara başlayıb.

Həmin yoxlamaların “növbədənkənar və təcili” olduğu vurğulanan həmin məlumatın ardınca isə bu təftişlərin təsadüfi olmadığı və konkret olaraq Samir Şərifovun çökdürülməsinə hesablandığlı bildirilir. Maraqlıdır, bəs Samir Şərifovun gözlənilmədən hakimiyyət üçün “arzuolunmaz şəxs” statusu qazanmasının sirri nədədir?
Mövzuyla bağlı əldə etdiyi informasiyaların təhlilini və olayla bağlı ehtimallarını oxucuları ilə bölüşür. Hər şeydən öncə bir məqamın xüsusi vurğulanmağa ehtiyacı var ki, əslində Samir Şərifovun “vurulma” kampaniyası nə qədər də “gözlənilməz” effekti yaratsa da proses gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Samir Şərifov üst qatda özünü nə qədər “sözəbaxan” göstərməyə çalışsa da onun iddialarını görməmək imkansız idi. Özü haqda “islahatçı nazir”, “qərbyönümlü məmur” imici formalaşdırmağa cəhdlər göstərən maliyyə nazirinin ən yaxın hədəfi isə baş nazir postu idi.

Diqqətli oxucular xatırlamamış olmaz və o qədər də uzaq keçmiş deyil ki, Samir Şərifov parlamentdə baş nazirin əvəzinə hökumətin hesabatlarını təqdim edir, hökumətə ünvanlı suallara məhz o cavab verir və faktiki baş nazir postunu icra etməsi görüntüsü yaratmağa çalışırdı. Bu baxımdan yalnız bir məqamı qabartmağa lüzum görürük ki, bir neçə il öncə ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz Samir Şərifov çıxış etmişdi ki, bu da bir daha diqqətləri onun üzərinə cəmləmişdi.

Bu və digər məqamların nəzərə alınması isə Samir Şərifov haqqında “ikinci Fərhad Əliyev” obrazının yaranması ilə nəticələnib. Bu obraz Samir Şərifova Qərbin siyasi dairələrində müəyyən üstünlüklər qazandırsa da, bu amilin onun sıxışdırılmasında ştrixlərdən biri olması da unudulmamalıdır.

“Gündəm Xəbər” altını cızaraq xatırladır ki, Samir Şərifovun əleyhinə kampaniyanın daha da sürətlənməsi məhz “MTN işi” prosesindən sonra start götürdü. Belə ki, məhkəmə ifadələrində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhz maliyyə nazirini hədəf seçməsi Samir Şərifov üçün “soyuq duş” effekti idi. Sözügedən prosesin Samir Şərifovun sonunu gətirəcək mümkün inkişafı haqda növbəti yazımızda geniş bəhs edəcəyik. İndilik isə daha vacib bildiyimiz informasiya ilə tanışlığa keçək.

Əldə etdiyimiz məlumata görə, Samir Şərifov ətrafında cərayan edən proseslərdən ciddi şəkildə narahatdır. Yalnız cüzi hissəsini bildiyimiz, əhəmiyyətli hissəsini isə bilmədiyimiz həmin qorxu səbəbindən isə maliyyə naziri “sudan quru çıxmaq” taktikasını seçib. Belə ki, hakimiyyətin daha üst yetkililərinə istefaya getməyə hazır olduğunu bəyan edən Samir Şərifov ən çox çəkindiyi “yox” cavabını alıb. Hazırda Samir Şərifov üçün ən yaxşı çıxış yolunun vəzifəsini itirməklə canını qurtarmaq olduğunu söyləyən mənbənin sözlərinə görə, ona başa salınıb ki, bu imkandan məhrumdur və onun fəaliyyətindəki bütün şübhəli məqamlar ciddi şəkildə araşdırılacaq.

Məsələ diqqətimizdədir və mövzuya qayıdacağıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Samir Şərifovun Rusiya sevgisi

    Samir Şərifovun Rusiya sevgisi ...

    13-03-2013, 10:30

  • 
  • Samir Şərifov "fövqəlnazir"i təftiş edir

    Samir Şərifov "fövqəlnazir"i təftiş edir ...

    18-04-2013, 10:35

  • 
  • DOLLAR QALMAQALI BÖYÜYÜR

    DOLLAR QALMAQALI BÖYÜYÜR ...

    12-12-2016, 21:32

  • 
  • Samir Şərifovun ətrafında nə baş verir – maliyyə nazirinin başı dərddə

    Samir Şərifovun ətrafında nə baş verir – maliyyə ...

    9-12-2016, 15:20

  • 
  • Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir addım yaxınlaşdırdı...

    Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir ...

    27-05-2016, 01:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu