Uzun müddətdir ki, mətbuatın gündəmini zəbt edən mövzulardan biri də, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Yamiz Yediyarovun, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən rayon sakininə qarşı atdığı qanunsuz addım, hər kəsin diqqətini cəlb etməkdədir. Belə ki, əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay İbrahim oğlu, 03 mart 2015-ci il tartixdə BMM-də keçirdiyi mətbuat konfransında bildirdi ki, “onun rayonun Qalakənd kəndi ərazisində inşa etdiyi turizm obyekti, rayon rəhbərliyinin tapşırığı ilə və heç bir məhkəmə qərarı olmadan, 29 iyul 2014-cü il tarixdə yerlə-yeksan edilib. Söküntüyə heç bir əsas olmadığını və obyekt inşa olunan 0.20 hektar ərazidən 5 (beş) il müddətinə istifadə etmək hüququna malik olduğunu və bunun üçün Gədəbəy rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə müqavilə imzalandığını deyən sahibkar onu da vurğuladı ki, icra başçısı ortada olan sənəd-sübuta əhəmiyyət belə vermədən, qanunsuz göstərişini verdi”.
Daha sonra o da aydın oldu ki, təqribən 170 min manata başa gələn obyekt icra başçısının göstərişi əsasında darmadağın edildiyindən, son anda Oqtay Əliyev məcbur olur ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etsin. Məhkəmə ünvanlanan iddiada qeyd olunan xüsusatları tam dəqiqliklə araşdırır və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edir ki, Əliyev Oqtay İbrahim oğluna məxsus turizm obyekti qanunsuz sökülüb. Nəticədə, Oqtay Əliyevə məxsus obyektin qanunsuz sökülməsi ilə əlaqədar, 16 fevral 2015-ci il tarixdə keçirilən məhkəmə prosesində, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 68, 69, 75 və 85-ci maddələrinin tələblərini əsas tutaraq, Gədəbəy rayon İcra Hakimiyyətindən 66 626 manat pul tutulub, Əliyev Oqtay İbrahim oğluna ödənilməsinə dair müvafiq məhkəmə qərarı çıxarılır.
Keçirilən mətbuat konfransında o da bəlli oldu ki, Ramiz Yediyarovun yerli sahibkarlara qarşı başladığı “səlib yürüşü”, təkcə Oqtay Əliyevlə yekunlaşmır. Bu gün onun iztirabından, müstəbid idarəçiliyindən zinhara gələnlər, artıq ünvan tapmırlar ki, sözlərini deyə bilsinlər. Bütün bunlar bir daha onu sübut edir ki, rəhbərliyin həyata keçirdiyi idarəçilik, sahibkarları çıxılmaz duruma saldığından, yerlərdə kütləvi narazılıq hissi baş qaldırmaqdadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?