Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mediaya dövlət dəstəyi ilə bağlı maraqlı fikirlər səsləndirib: “Medianın cəmiyyət həyatında oynadığı rol, xüsusilə də milli şüurun oyadılmasındakı əhəmiyyəti danılmazdır. Media hər zaman, XIX əsrin sonunda da, XX əsrin əvəllərində də Azərbaycanda milli şüurun oyanmasında mühüm rol oynayıb. Bu gün də medianın bu sahədə oynadığı rol inkaredilməzdir. Medianın mövcud vəziyyəti, maddi durumu hər zaman Azərbaycan hakimiyyətinin, cənab İlham Əliyevin diqqət mərkəzində olub. Heç vaxt medianı darda qoymadıq, bundan sonra da qoymayacayıq”.
Sorğu
Yeni dizaynımız necədir?