ABŞ ordusunun 2017-ci il üçün hərbi büdcəsi qəbul olunub.
gundemxeber.az ölkə.az-a istinadən bildirir ki, büdcə haqda məlumatı Pentaqonun rəhbəri Eşton Karter verib.
Karter yeni hərbi doktrinada da Rusiyanın dünya üçün bir nömrəli qlobal təhlükə kimi qeyd olunduğunu vurğulayıb. Rusiyadan sonra ABŞ-ın qlobal təhlükə kimi gördüyü ölkələr isə Çin, Şimali Koreya və İran olub.
"Təhlükəsizlik sahəsindəki bugünkü vəziyyət 25 il bundan əvvəl olan vəziyyətdən tamam fərqlənir və yeni yanaşma tələb edir", - deyə ABŞ-ın müdafiə naziri vurğulayıb.
Xatırladırıq ki, ABŞ-ın 2017-ci il üçün hərbi büdcəsi 582,7 milyard dollar nəzərdə tutulub.
Sorğu
Yeni dizaynımız necədir?