ABŞ Avropa İttifaqını Rusiyadan qorumaq üçün hərbi büdcəsini 4 dəfə artırmağı planlaşdırır.
gundemxeber.az azvision.az-a istinadən bildirir ki, bu barədə "The Hill" qəzeti yazıb. Qeyd olunur ki, hazırda Rusiya tərəfindən Qərbə qarşı potensial təhlükə mövcuddur:
"Bu məsələ 2017-ci ilin aprel ayının 27-də ABŞ-ın hərbi büdcəsinin müzakirəsi zamanı diqqət mərkəzində olacaq. ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı büdcə layihəsində ölkənin avropalı tərəfdaşlarının mühafizəsi üçün 3,4 milyard dollar əlavə vəsaitin ayrılması nəzərdə tutulur".
Bundan başqa ABŞ Ukraynanın regionda təhlükəsizliyi və ölkədə hərbçilərin təlimi üçün 150 milyon dollar ayıracaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?