Bu gündən dövlət başçısının dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
Trend-in 2 saylı cəzaçəkmə müəssisəsində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında adı çəkilən müəssisədən 16 məhbus azadlığa buraxılıb. Onlardan 14-ü Azərbaycan, 1-i İsrail, 1-i isə Pakistan vətəndaşıdır.
Əvf sərəncamı Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. Cəzaçəkmə müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Bayramova Şəbnəm Səfər qızı (1986-cı il təvəllüdlü) Azərbaycan, digəri Khodjayeva Mastura Urakovna (1968-ci il təvəllüdlü) Özbəkistan vətəndaşıdır.
Qeyd edək ki, dünən martın 17-də prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad edilib.
Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?