Birləşmiş Ərəb Əmirliklərinin "FlyDubai" aviaşirkətinə məxsus, FZ-981 reysi ilə Dubay-Rostov-Don marşrutu ilə uçan Boeing 737-800 təyyarəsinin heyət üzvlərinin ad və soyadları açıqlanıb.
gundemxeber.az LifeNews-a istinadən bildirir ki, təyyarənin kapitanı Kipr vətəndaşı Aristos Sokratusdur.
Heyətdə Jıldız Nasirdinova (Qırğızıstan), Yoram Aleks Dominik Kofne (Seyşel adaları), Maksim Aydryus (Rusiya), Laura Patrisiya Delakrus (Kolumbiya), Xavyer Karo (İspaniya) və Kruz Alehandro Alava (İspaniya) vardı.
Boeing 737-800 təyyarəsi bu gün Rostov hava limanında, yerli vaxtla 03.50-də qəzaya uğrayıb. 100-200 metr yüksəlikdə təyyarə "tam pike"yə düşüb və təqribən düz bucaq altında, böyük sürətlə yerə düşüb. Təyyarədəki 55 sərnişindən 50 nəfər Rusiya vətəndaşları, 5 nəfər Ukrayna və Özbəkistan vətəndaşları olublar. Laynerdə "FlyDubai"ın təmsilçisi də olub. Ümumilikdə 62 nəfər həlak olub.
Sərnişinlərdən və heyət üzvlərindən kimsə sağ qalmayıb. Həlak olanlar arasında 6 uşaq var.
"Flydubai" aviaşirkətinin rəsmi saytı dizaynını dəyişərək qara-ağ olub. Aviaşirkət bütün istiqamətlərə bilet satışlarını dayandırıb.
Həlak olanların arasında Rostov vilayətinin Azov rayon administrasiyasının sədrinin arvadı və qızı, habelə Rostov vilayət dumasının deputatı İqor Parkus və arvadı var.
2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılmış "Flydubai" loukoster aviaşirkətdir. Aviaşirkətin parkı 50 yeni "Boeing 737-800" təyyarələrindən ibarətdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?