İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.
Bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.
Qəza zamanı sağ qalan olmayıb.
***
saat 12.04
İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.
Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, qatı duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb.
***
saat 11.38
Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Göyərtəsində 60 sərnişin və heyət üzvləri olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuç aviareysini yerinə yetirdiyi açıqlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?