Bədnam Ermənilərlə həmsərhəd olan Qazax rayon əhalisinin heyvanlardan keçəcək xəstəliklərə düçar olmaması təsadüfi haldır
Kənd Təsərrüfatı Nazirliyinin ev heyvanlarından insanlara keçəcək xəstəliklərə qarşı aprdığı profilaktik mübarizə tədbirləri birmənalı şəkildə müsbət qiymətləndirilir. Lakin bu o demək deyil ki, Azərbaycan əhalisi bu məsələdə tamamilə sığortalanıb. Xüsusilə də, qonşu ölkələrlə həmsərhəd oaln rayonlarda baytarlıq idarələrinin işi daha ciddi olmalıdır. Təəssüflər olsun ki, bəzi rayonlarda, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qazax Rayon Baytarlıq İdarəsində vəziyyət elə də yaxşı deyil. Düz 20 ildən artıqdır ki, bu sahəyə rəhbərlik edən, “doymuş məhlula” çevrilən İlqar Orucovun işi olduqca yarıtmazdır. Bədnam Ermənilərlə həmsərhəd olan Qazax rayon əhalisinin heyvanlardan keçəcək xəstəliklərə düçar olmaması təsadüfi haldır. Yəni İlqar Orucovun işinin qənaətbəxş də hesab edilmədiyi bir vaxtda rayon əhalisinin qismətinin gətirməsi, necə deyərlər Tanrının işidir. Hər gün işinə səhlənkarlıqla yanaşan Orucovu yalnız çayxana və restoranlarda görmək mümkündür. İstər mərkəzi kolxoz bazarında, istərsə də yol kənarlarında satılan iri və xırda buynuzlu heyvan ətləri heç bir laboratoriyada yoxlanılmadan həyata keçirilir. Rayonda təxminən 500 yerdə satılan ət satışı yerləri yalnız İlqar Orucovun ciblərini doldurmaqla məşğuldur. Kim harada gəldi ət satır və satılan ətlərin baytar müayinəsindən keçirilib-keçirilməməsinə isə diqqət yetirən yoxdur. İş o yerə çatıb ki, hətta rayonda zibilxanaların yanında da əhaliyə dırnaqarsı xidmət göstərilir. Satıcıların əksəriyyəti sanitariya qaydalarına əməl etməsə də, rayonun baş baytarı İlqar Orucovun özəl şərtlərinə yaxşı əməl edirlər. Qazax Rayon Baytarlıq İdarəsinin rəisi İlqar Orycovun işlərində yol verdiyi səhlənkarlıqlarının başında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov dayanır. Azər Süleymanov tutduğu sahədə əvvəllər rəis müavini olduğundan İlqar Orucovla daha yaxındır. Təbii ki, bu yaxınlıq heç də İlqar Orucov üçün elə-belə başa gəlməyib. İlqar Orucov oturub-durduğu adamların yanında “Azər Süıleymanov bizim adamdır. Bu gün, sabah baytarlıq nəzarətinə rəis gəlir, ondan sonra kefimin içidir” kəlməsini söyləməsi deyilənləri təsdiq edir. Qeyd etdiyimiz kimi, İlqar Orucovun rayon baytarlığında nəzarətinin itməsi onun əmək intizamına da ögey münasibət göstərməsinə gətirib çıxarır. Səhərlər iş yerinə saat 11 və ya 12 –də gələn, günortadan sonra isə iş yerində tapılmayan Orucovu çoxları çayxana adamı kimi tanıyırlar. Hələ bir neçə il bundan əvvəl İlqar Orucovun ictimaiyyətin gözü qarşısında möhkəm içgili halda Qazax rayon Əskipara kənd icra nümayəndəsi ilə əlbəyaxa davası da rayon əhalisinin yaxşı yadındadır. Həmin davanı qaldıran İlqar Orucov olsa da, rayon rəhbərliyi həmin davaya görə icra nümayəndəsini işindən uzaqlaşdırmışdı. Təbii ki, bu ilqar Orucova heç də elə-belə başa gəlməmişdir. Bəli, gördüyünüz kimi, İlqar Orucov rayonda öz vəzifəsindən başqa, məşğul omadığı sahə yoxdur. Əlac aidiyyəti orqanların bu məsələ ilə daha ciddi məşğul olmalarına qalıb. Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?