GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Fəhlələrin qanlı davası

Fəhlələrin qanlı davası

Tarix: 20-03-2016, 02:29 Bölmə :Ölkə Baxış: 0
Fəhlələrin qanlı davası

Balakəndə kərpiç sexində iş yoldaşını öldürən gəncə 17 il 6 ay cəza verildi

Şəki Apelyasiya Məhkəməsində Balakən rayon sakini, 1980-ci il təvəllüdlü Anar Ömərovun məhkəməsi başa çatıb. İttihama görə, Anar Ömərov fəhlə işlədiyi kərpiç zavodunda həmyerlisi Anar Həmzətovu öldürüb. Hadisə 4 iyun 2015-ci il tarixdə, saat 16.30 radələrində baş verib.

Həmin vaxt Anar Ömərov fəhlə işlədiyi Balakən şəhəri, 28 may küçəsi 7 saylı ünvanda yerləşən “Balakən Kərpic İstehsal Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin kərpic sexində dayanıb. O, siqaret çəkən vaxt həmin müəssisədə fəhlə işləyən Anar Həmzətov onun yanına gəlib.

Anar Həmzətov zarafatyana barmağı ilə onun bədəninin arxa bud hissəsinə toxunub. Bunu bəhanə edən Anar Ömərov onunla mübahisə etməyə başlayıb.

Bundan sonra Anar Ömərov adaşını öldürmək məqsədilə sexdə işləyən fəhlələrin yemək yeməsi üçün nəzərdə tutulan masanın üstündən bıçağı götürüb və geri qayıdıb. O, bıçaqla Anar Həmzətova bir neçə zərbə vuraraq, onu öldürüb.

Anar Ömərov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Anar Ömərov özünü elan olunmuş ittihamla qismən təqsirli bilib. O, bildirib ki, hadisə baş verən günü Balakən Kərpic Zavodunda işləyən zaman siqareti qurtarıb və siqaret almaq üçün həmin zavodda onlarla birlikdə işləyən həmkəndlisi İsmayıl Qorodayevin yanına gedib: “Həmin vaxt İsmayıl mənə bir ədəd siqaret verdikdən sonra avtokarını sürərək getdim. İşlədiyim yerə tərəf gəlmək istəyərkən həmin zavodda fəhlə işləyən Anar Həmzətov arxadan gəldi və barmaqla arxa hissəmə toxundu. Əsəbləşərək Anara “özünü ələ al, belə hərəkət kişiyə yaraşmaz, kişilər arasında belə hərəkət etmək olmaz” deyə bildirdim. Bu zaman Anar dedi ki, get yerinə, gələcəm. Həmin vaxt yanımızda heç kim olmayıb”.

“Çıx get burdan, yoxsa əlimdən xəta çıxacaq”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Anarın həmin hərəkətinə əsəbləşdiyi üçün işlədiyi kərpic kəsim sexinə tərəf gedib: “Orada işçilərin istirahət etmələri üçün nəzərdə tutulan stolun yanında oturdum. Həmin vaxt orada bizimlə birlikdə fəhlə işləyən Ceyhun Əliyev və soyadını bilmədiyim Habil adlı şəxs olub. Təxminən 10 dəqiqə keçəndən sonra Anar yenidən yanıma gələrək, bildirdi ki, bayaq sən nə deyirdin, sən mənə nə edə bilərsən, bayaq nə etmişəm, yaxşı etmişəm. Bu zaman Anar mənə qarşı nalayiq ifadələr

işlətməyə başladı. Anara “çıx get burdan, yoxsa əlimdən xəta çıxacaq” deyə bildirdim. Həmin vaxt Anar mənimlə mübahisə edərək yenidən nalayiq ifadələr işlətdi. Bunu görən Ceyhun bizi aralamaq istədi, Habil isə Anar gəlməmişdən qabaq zibil atmağa getmişdi. Ceyhun bizi ayırdıqdan sonra mübahisə etdiyimiz yerdən getmək istədim. Lakin Anar getməyimə mane olaraq yenidən mənimlə mübahisə etməyə başladı. Anarın məndən əl çəkməyəcəyini başa düşdüm”.

“Tutduğum əməldən peşmanam”

Anar Ömərovun sözlərinə görə, bundan sonra fəhlələrin istifadə etdiyi mətbəx bıçağını götürüb və yenidən Anar Həmzətovun yanına gəlib. O, qeyd edib ki, Anarı bıçaqla vurmaqla hədələyib və getməsini tələb edib: “Lakin, Anar sözlərimə məhəl qoymayaraq üstümə gəldi. Anarı qorxutmaq məqsədi ilə əlimdəki bıçaqla onun ayağından vurmaq istədim. Bu zaman Anar yerə əyildi və həmin vaxt bıçaq onun sol döş qəfəsinə dəydi. Həmin vaxt səsə digər işçilər də yanımıza gəldilər. Mən isə zavodun qarşısındakı yola çıxdım. Zavodun darvazasının yanında istehsalat rəisi Ramazan Haxovu gördüm və ona bıçaqla Anarı vurduğumu, onu xəstəxanaya aparmağın lazım olduğunu bildirdim. Sonra zavodun qarşısındakı yola çıxarkən həmin vaxt oradan avtomobili ilə keçən polis əməkdaşı Vüsal adlı şəxsi gördüm. Onu saxladaraq avtomobilində rayonun mərkəzinə getdim. Mərkəzə çatandan sonra Vüsalın idarə etdiyi avtomobildən düşdüm. Sonra mərkəzi bazarın yanına gələrək avtobusa mindim. Bu zaman polis əməkdaşı Vüsal gələrək məni həbs etdi. Bundan sonra polis əməkdaşı Vüsalla birlikdə Balakən rayon polis şöbəsinə getdik. Tutduğum əməldən peşmanam”.

“Qardaşımın qatilindən şikayətçiyəm”

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülgün Həmzətovanın sözlərinə görə, mərhum Anar Həmzətov onun qardaşı olub: “Qardaşım təxminən 10 ay olardı ki, Balakən Kərpic Zavodunda fəhlə işləyib. 4 iyun 2015-ci il tarixdə saat 17 radələrində dayımın arvadı Məhbubə Əliyeva zəng edərək qardaşım

Anarın iş yerində bıçaqlanaraq öldürüldüyü barədə məlumat verdi. Bunu eşidərək qardaşımın Balakən şəhərində yaşadığı evinə gəldim. Orada qardaşımın Anar Ömərov tərəfindən öldürüldüyü bildim. Qardaşımın qatilindən şikayətçiyəm”.

Məhkəmənin hökmü ilə Anar Ömərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Anar Ömərovun müdafiəçisi apelyasiya şikayəti verib. Apelyasiya şikayətində Anar Ömərovun cəzasının yüngülləşdirilməsi istənilib.

Apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Anar Ömərovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Anar Cəlilov Şəhidləri təhqir etdi…

    Anar Cəlilov Şəhidləri təhqir etdi… ...

    15-04-2016, 00:09

  • 
  • Anar Qədirli vəzifədən çıxarılıb?

    Anar Qədirli vəzifədən çıxarılıb? ...

    10-01-2014, 14:31

  • 
  • Anar Yusifoğlu da İTV-dən getdi

    Anar Yusifoğlu da İTV-dən getdi ...

    3-09-2013, 16:38

  • 
  • Anar Məmmədli saxlandığı kameranın soyuq olmasından şikayətlənib

    Anar Məmmədli saxlandığı kameranın soyuq ...

    10-02-2014, 15:06

  • 
  • ​Anar Nağılbaz reanimasiyaya yerləşdirildi

    ​Anar Nağılbaz reanimasiyaya yerləşdirildi ...

    4-12-2017, 21:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu