Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədlinin saxlandığı kameranın soyuq olmasından şikayətlənib. Bu barədə gozetci.az portalına Anar Məmmədlinin vəkili Rəşid Hacılı məlumat verib. Vəkil bildirdi ki, ötən həftənin sonunda A.Məmmədli ilə görüşüb. Görüş zamanı Anar Məmmədli saxlandığı kameranın soyuq olduğunu bildirib. Vəkilin dediyinə görə, kamerası soyuq olduğu üçün Anar Məmmədlinin səhhətində müəyyən problemlər də yaranıb. Qeyd edək ki, Anar Məmmədli soyuğa qarşı çox həssasdır. Azadlıqda olanda da mütamadi olaraq müalicə alıb. Xatırladaq ki, Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədlinin günahsız olduğunu və onun dərhal azad edilməsini bildirirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?