Bakı Metropoliteni Rusiyanın Mıtişşi zavodundan aldığı bir heyətlik – 5 vaqon texniki təchizatına görə əvvəlkilərdən xeyli fərqlənir. Vaqonlarda sərnişinlərin rahatlığı, təhlükəsizliyi, sağlamlığı və yoluxucu xəstəliklərdən qorunması üçün texniki vasitələr quraşdırılıb. Bu barədə metropolitenin rəisi Tağı Əhmədov «apa-economics»ə bildirib. Onun sözlərinə görə, sınaq müddəti keçən yeni vaqonlardan daha 3 heyət alınacaq və gələn il istifadəyə veriləcək. «Avtovağzal», «Əcəmi-2» stansiyaları istismara buraxılacaq. T. Əhmədov həmin stansiyalarla yanaşı, hazırda Hərbi Hospitalın qarşısında yerləşəcək stansiyada da tikinti işləri aparıldığını deyib: “Oradansa Heydər Əliyev İdman-Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaq. «H.Aslanov» stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə uzağı, 2016-cı ildə başa çatdırılacağı gözlənilir. Hazırda Bakı metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri gedir. Metro tikintisinin ən qızğın vaxtlarında belə indiki sürət olmayıb».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?