Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının təhvil verilməsinə bir ilə yaxın vaxt qalır. Prezident İlham Əliyevin 2011-ci il 18 mart tarixli sərəncamla təsdiq etdiyi perspektiv inkişaf sxemi və 2011-2015-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.
Artıq metronun yeni xəttinin 4-cü stansiyasında da (Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığı, Cəlil Məmmədquluzadə küçəsi) qazıntı işlərinin başlanmasına çox az müddət qalıb. Xəttin qazıntısında bu stansiyadan başlayaraq, qazma qurğularında geoloji şərait nəzərə alınaraq dəyişiklik ediləcək.
Yeni xəttin star stansiyası olacaq və 356 metr uzunluğunda sahəni əhatə edən "Avtovağzal" stansiya kompleksi həm xaricdən, həm də daxildən son görkəmini almaqdadır. Burada 9 çıxış nəzərdə tutulub.
Bir müddətdən sonra isə liftlərin quraşdırılmasına başlanılacaq. Bu qurğular yalnız əlillər və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulacaq. Liftlər birbaş stansiyanın plaftorma səviyyəsinə enəcək.
Xəttin tam səmərəli fəaliyyəti və gözlənilən yüklə çalışması üçün 2016-cı ili də gözləmək lazım gələcək. Çünki ilk funksional xətt kimi çalışmağa başlamaq üçün stansiyanın birbaşa şəhər mərkəzi ilə birləşdirilməsi də çox vacibdir.
Sorğu
Yeni dizaynımız necədir?