Azərbaycanda bayram günləri - 20-21-22 mart tarixlərində ümumilikdə 7 nəfər dəm qazından, 5 nəfər dərmandan zəhərlənib.
Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dəm qazından zəhərlənmə ilə bağlı ölüm faktı və ağırlaşma halları qeydə alınmayıb.
A. Maqsudov onu da qeyd edib ki, alkoqol sərxoşluğu ilə bağlı isə 7 fakt qeydə alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?