Xacmaz rayonunda dəm qazından ölüm faktı qeydə alınıb. gundemxeber.az anspress-ə istinadən bildirir ki, hadisə rayonun Həbibkənd yaşayış məntəqəsində baş verib.
Atası evinə qonaq gələn Sumqayıt sakini Sevinc Kamil qızı Əzizova dəm qazından zəhərlənmə və termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq 36 yaşlı qadını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertizadan keçirildikdən sonra meyit ailəsinə verilib. Xacmaz polisi faktı təsdiqləyib. "Azəriqaz"ın Xacmaz rayon şöbəsi hadisə baş verən yerdə yoxlamalara başlayıb. İlkin məlumata görə, Sevinc Əzizova hamamda çimərkən dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
Analoji hadisə bayram günü Lənkəranda baş verib. Martın 21-də Lənkəran rayonunun Xarxatan kəndində dəm qazından ölüm hadisəsi baş verib. 1961-ci il təvəllüdlü kənd sakini Hüseynova Vüsalə Xudaqulu qızı vanna otağında huşsuz vəziyyətdə aşkar olunub. O, təcili olaraq Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?