Rusiya prezidentinin keçmiş insan haqları ombudsmanı Ella Pamfilova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.
MSK-da səsvermə martın 28-də baş tutub.
Sentyabrda Rusiyada parlament seçkiləri keçiriləcək.
Pamfilova-nın namizədliyini Prezident Vladimir Putin martın 3-də vermişdi. Kremlin sözçüsü Dmitry Peskov demişdi ki, komissiyaya dəyişikliklər “rutin rotasiya” xarakterlidir.
62 yaşlı Pamfilova Rusiyada tanınmış insan haqları müdafiəçisidir. Dövlət və vətəndaş cəmiyyəti qrupları arasında konstruktiv dialoq tərəfdarıdır.
Öncə MSK-nın sədri Vladimir Churov idi. O, 2007-ci ildən bu vəzifədəydi, müddəti martın 27-də başa çatdı.
Putin-in yaxın müttəfiqi olan Churov seçkiləri saxtalaşdırmaqda ittiham olunurdu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?