Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində Prezidentinin seçkiləri ilə bağlı İşçi Qrup yaradılıb.
MSK mətbuat xidmətindən verilən məlumata görə, İşçi Qrup 2013-cü il oktyabrın 9-na təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş lazımi sənədlər MSK-ya təqdim edildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparacaq. Bundan sonra isə İşçi Qrupunun rəyi nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunacaq.
İşçi Qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hesablama Palatasının mütəxəssisləri daxil edilib.
MSK üzvü İlham Məmmədov isə İşçi Qrupunun rəhbəri təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?