Belçika prokurorluğu martın 28-də terrorçuluqda şebhəli bilinən daha 3 nəfərin saxlandığını bildirib.
Yassine, Mohamed və Aboubaker adlı həmin şəxslər Brüssel, Mexelen və Duffel şəhərlərində keçirilən reydlər zamanı yaxalanıblar.
Hələlik onların martın bu günlərdə Brüssel hava limanı və şəhərdəki metro stansiyasında törədilən terror aktlarında əlləri olması barədə məlumat verilmir.
Əməliyyat zamanı saxlanan 1 nəfər sə, az sonra buraxılıb.
Prokurorluq bundan əvvəl martın 27-də keçirilən 13 reyd zamanı 4 nəfərin saxllanması barədə məlumat vermişdi.
Belçikanın səhiyyə nazirliyi isə bu arada ölənlərin sayının 35 nəfərə çatdığını bəyan edib.
Yaralılardan 4-ü xəstəxanada keçinib.
Martın 22-də Brüsseldə törədilən terror aktlarına görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?