Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub.
gundemxeber.az APA-ya istinadən bildirir ki, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və Brahim Bakraui qardaşlarının törətdikləri açıqlanıb.
Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?