ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçiriləcək nüvə sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi görüşdən imtina edib.
Bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbəyə istinadən yazıb. “Ərdoğanla onun Vaşinqtona səfəri zamanı görüşməmək qərarı laqeydlikdən irəli gəlmir. Prezidentlər bundan əvvəl Türkiyədə keçirilən G20 sammiti zamanı görüşüblər və fevralda telefonla danışıblar”-mənbə bildirib.
Qəzet qeyd edir ki, Obamanın ikitərəfli görüşlərə dair əvvəlcədən müəyyən edilmiş dəqiq cədvəli yoxdur. Bildirilir ki, Türkiyə prezidenti Ərdoğan Obamanı Merliend ştatında türk icması tərəfindən inşa edilmiş məscidin açılışına dəvət edib. Ancaq Obamanın əvəzindən həmin tədbirdə vitse-prezident Cozef Bayden iştirak edəcək. Məlumata görə Vaşinqtondakı nüvə sammitində Obamanın ancaq bir görüşü planlaşdırılıb-Çin lideri Si Tszinpinlə.
Vaşinqtondakı Yaxın Şərq İnstitutundan analitik Soner Çağatay isə hesab edir ki, Obama Ərdoğanın siyasətindən narazıdır. Bura kürd məsələsi və insan haqları daxildir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?