Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələlərin geniş spektrini müzakirə edəcəklər.
Bu barədə Ağ evin məlumatında deyilir. Qeyd olunub ki, ABŞ prezidenti gələn həftə ilk xarici rəsmi səfərini edəcək. Səfər çərçivəsində ABŞ lideri Böyük Britaniya, Belçika və İsveçrədə olacaq. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşü iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?