Salyan rayonunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib. Lent.az-ın məlumatına görə, "KamAZ" markalı yük maşınının Ələt-Astara yolunda hərəkətdə olarkən Akkuşa çayına aşması nəticəsində ölən şəxslər - sürücü, 1968-ci il təvəllüdlü Qaçayev Araz Babayar oğlu və sərnişini, 1973-cü il təvəllüdlü Həbibov Mahir Əbil oğlu olub.
Hər iki şəxs çaya aşan avtomobildə boğularaq ölüb. Onların meyitləri sudan çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?