ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Lənkəran rayonunun Liman şəhərində bu gün saat 11:00 radələrində cınqılla dolu "Kamaz" markalı maşın aşıb. 1972-ci il təvəllüdlü Quliyev Mahir Nəsib oğlunun idarə etdiyi avtomobilin aşması nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaxınlıqdakıların köməkliyi ilə o, dərhal Lənkəran Regional Diaqnostika xəstəxanasına yerləşdirilib.
Hadisəyə səbəb maşının arxa yan təkərinin partlaması nəticəsində sürücünün sərt döngədə idarə etməni itirməsi olub.
Qəza Ələt-Astara magistral yolunun 188-ci kilometrliyində baş verib. Nəticədə yol yarım saat bağlı qalıb. "Kamaz" markalı maşın ağır texnika vasitəsi ilə yoldan kənarlaşdırılıb. Hal-hazırda nəqliyyatın hərəkəti bərpa olunub.
Maşının tikinti şirkətlərindən birinə aid olduğu deyilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?