GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Altes Group"un Eldar Mahmudovla bağlılığını isbatlayan YENİ FAKTLAR

"Altes Group"un Eldar Mahmudovla bağlılığını isbatlayan YENİ FAKTLAR

Tarix: 30-03-2016, 17:39 Bölmə :Ölkə Baxış: 0
"Altes Group"un Eldar Mahmudovla bağlılığını isbatlayan YENİ FAKTLAR

Group"la bağlı son vaxtlar Azərbaycan mediasında dərc olunan qalmaqallı araşdırmaların ardı kəsilmir.

Xebervar.com saytının verdiyi xəbərə görə, Azərbaycanın dərman və tikinti sektorunda lider mövqedə olan bu şirkətin adı bir sıra müəmmalarda çəkilməyə başlayıb. Bir müddət əvvəl holdinqin inşa etdiyi "Altes Plaza"nın ən hündür mərtəbələrinin Eldar Mahmudovun oğlu Anar Mahmudov tərəfindən şəxsi ofis kimi istifadə edildiyi, ümumi sahəsi 1400 kv.metr olan bu ofisdən birbaşa Eldar Mahmudovun nazir otağına özl telefon xətti çəkildiyi ilə bağlı araşdırma dərc olunmuşdu. Virtualorg.az saytında dərc olunan bu araşdırmada "Altes Group"un Eldar Mahmudov tərəfindən himayə edildiyinə dair açıq-aşkar mətnlə eyham vurulmuşdu.

Araşdırmada deyilirdi:

"Mahmudovun oğlu 2014-cu ilin iyul ayında “Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.

Başqa məlumata görə isə, Eldar Mahmudov “Altes Group” şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna “haqq” olaraq verilib.

Habelə məlum olub ki, 2014-cü ildə Eldar Mahmudov oğlu ilə birbaşa və qorunan rabitə əlaqəsi saxlamaq üçün Anar Mahmudovun “Altes Plaza”da yerləşən kabinetindəki telefonunu MTN-ə məxsus rabitə qovşağı üzərindən nazirliyin xüsusi rabitə kabellərinə qoşdurub. Və Anar Mahmudovun telefonu atasının MTN-dəki birbaşa rabitə pultuna birləşdirilib. Ötən ilin oktyabrında E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra A.Mahmudovun həmin ofisində də axtarış aparılıb, onun atası ilə birbaşa rabitə saxladığı telefon aşkar edilərək götürülüb və MTN-in rabitə şəbəkəsindən ayrılıb".

Daha sonra Holdinqin qurucusu və rəhbəri Rüstəm Abdullayev Qaynar.info saytına verdiyi açıqlamada Eldar Mahmudovla bağlantılarını inkar etmişdi. Abdullayevin sözlərinə görə, onlar qanuni alqı-satqı həyata keçiriblər. Heç bir şəriklik və ya himayəçilikdən söhbət gedə bilməz.

Lakin həmin yazılar saytımızda da dərc olunduqdan sonra elektron ünvanımıza mövzu ilə bağlı bir çox maraqlı məlumatlar daxil olub. Bu məlumatlarla tanış olduqda, "Altes Group"un keçmiş MTN naziri və onun "çetesi" ilə bağlarının olması daha inandırıcı görünməyə başlayır. Bunun əksini iddia etmək isə, ağlasığmaz olardı.

Belə ki, holdinqin qurulması və çiçəklənməsi məhz Eldar Mahmudovun nazir işlədiyi dövrlərə təsadüf edir. Bu mənada şirkətin tərkibi və tarixinə qısa nəzər yetirmək yerinə düşərdi.

Holdinq Azərbaycanın ən iri əczaçılıq şirkəti olan "Altes Pharm" (keçmiş "NUR Pharm" ) şirkətindən, "Dr.Lemony" - apteklər şəbəkəsindən, "Nur İnşaaat", "Fərid-İnşaat" kimi tikinti şirkətlərindən, "Altes Construction” memarlıq-mühəndislik şirkətindən, Avropa və Asiya istehsalçılarının tikinti maşınqayırma məhsullarının və materiallarının MDB ölkələrində distrübutorluğunu həyata keçirən "Altes Trade” şirkətindən, Azərbaycan bazarında və ölkə sərhədləri xaricində daşınmaz əmlakın satışı və icarəsi üzrə ixtisaslaşan "Altes Property" şirkətindən ibarətdir. Holdinqin əsas layihələri Azərbaycan, Rusiya və Qazaxıstanda gerçəkləşib.

Holdinqin rəhbəri Rüstəm Abdullayevdir və 2010-cu ildən etibarən müxtəlif vasitələrlə şəriklərini sıradan çıxarmağa, onların pay və dividentlərini ələ keçirməyə çalışıb. Hətta şəriklərindən birinin özü və qaynı Asim İsgəndərovun təşkilatçılığı ilə döydürməsi, onun həyatını riskə altında qoyması ilə bağlı faktlar artıq məhkəmə predmetidir. Hadisə ilə bağlı artıq iki nəfər həbs olunsa da, məhz himayəçilərinin dəstəyi ilə əsl təşkilatçı və sifarişçilər hələ də azadlıqdadır. Bu barədə daha ətraflı ötən yazıdan tanış ola bilərsiniz.

İndi isə Rüstəm Abdullayevin və "Altes Group"un keçmiş "MTN bandası" ilə əlaqələrinə dair yeni faktlarla tanış olaq.

Bizi məlumatlandıran mənbə, bildirir ki, "Altes Group"la Eldar Mahmudovun əlaqələri uzun illərə dayanır. Məlumata görə, şirkətin vitse-prezidenti və faktiki idarə edəni Fəqan Şükürov məhz "MTN bandası"nın adamıdır. Belə ki, sabiq MTNn aparatının rəhbəri, hazırda həbsdə olan general Fərhad Vahabov Fəqan Şükürovun həyat yoldaşının əmisidir. İlk vaxtlar Eldar Mahmudovun maraqlarını məhz Fəqan Şükürov birbaşa kurasiya etsə də, 2011-ci ildə Vahabovun dəstəyi ilə holdinqin təsisçisi Rüstəm Abdullayevin də Mahmudovun görüşü baş tutub. Bundan sonra qarşılıqlı əlaqələr daha geniş miqyas almağa başlayıb.

Məhz bu əlaqələrin nəticəsində Rüstəm Abdullayevin qaynı, adı şəriklərin döyülməsində təşkilatçı kimi keçən və "Altes Group"un mühafizə rəisi Asim İsgəndərovun qardaşı Vasif İsgəndərov MTN-in xüsusi təyinatlılarında işə düzəlir. Hazırda da Vasif İsgəndərovun MTN-in bazasında yenidən qurulan DTX-da heç nə olmamış kimi fəaliyyətini davam etdirdiyi və yüksək vəzifələrdən birinə təyinat almağa çalışdığı bildirilir.

Göründüyü kimi, "Altes Group"la Eldar Mahmudov "çetesi"ni bağlayan tellər hədsiz çoxdur. Bu faktlar həm də bəzi məsələlərə aydınlıq gətirmiş olur. Məlum olduğu kimi, şərikləri ilə məhkəmə çəkişmələri nəticəsində məhkəmə "Altes Group"un tikdiyi bina və mənzillərə həbs qoyulub, onların satışı, icarəsi, habelə rəhbəri Rüstəm Abdullayevə şirkət adından hər hansı hərəkət etmək qadağan edilib. 2012-ci ildə verilən məhkəmə qərarı daha sonra 2015-ci ildə Ali Məhkəmənin qərarı ilə təkrar qüvvədə saxlanılıb. Amma bu illər ərzində holdinqin vitse-prezidenti Fəqan Şükürov məhkəmə qarşısında yazılı öhdəlik götürməsinə rəğmən saxta möhürlə əməliyyatlar həyata keçirməkdə davam edir. Holdinqin keçmiş payçılarından olan Fətəli Novruzəliyevə qarşı təşkil olnmuş sui-qəsddə sifarişçi və təşkilatçı kimi adları keçən Rüstəm Abdullayev və Asim İsgəndərov isə hələ də azadlıqladır. Dünənə qədr onları Mahmudov və "şetesi" himayə edirdisə, bu gün bəs kimə arxalanırlar?

Mənbə, holdinqə daxil olan və ölkənin əczaçılıq sahəsində ən böyük oyunçusu hesab edilən "Altes Pharma"nın Azərbaycandakı gizli sexləri, sabiq deputatlardan birinə məxsus olan bank vasitəsi ilə Londona və Avropanın digər ölkələrinə şübhəli pul köçürmələri haqqında da yaxın zamanlarda əlavə məlumatlar verəcəyini vəd edir.

Fikrimizcə, bura qədər ortaya çıxan faktlar da illərdir "Altes Gorup"la bağlı məhkəmə labirintlərində ilişib qalan məsələlərin hərəkətə gəlməsinə, yeni istintaq tədbirlərinin həyata keçirilməsinə bəs edir.

Necə deyərlər, hər kəs əməlinə görə əvvəl-axır qanun qarşısında cavab verməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb

    Eldar Mahmudovun oğlu Londandakı şirkətini ...

    21-01-2021, 19:58

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

    Yasamalın icra başçısı Çovdarovla necə qonşu ...

    15-02-2017, 21:32

  • 
  • Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

    Eldar Mahmudovun göydələnlərinin tikintisi ...

    27-10-2015, 19:37

  • 
  • Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”

    Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA ...

    10-11-2018, 17:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu