Xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova lent.az-a müsahibə verib.
Vəkil müsahibəsində mərhum İlhamə Quliyevadan qalan mirası açıqlayıb:
“İki bağı var. Biri Mərdəkanda dövlət tərəfindən verilmiş, digəri isə Buzovna yolunun üstündə. 50 sot sənədli torpağı olub. Bakının mərkəzində 4 evi var. Onlardan biri vaxtı ilə Tükəzban xanımın İzmir küçəsində yaşadığı evdir.
Nəvəsinə də ev almışdı. Hətta ölməmişdən qabaq mənə evlərin açarını göstərdi. Dedi ki, nəvəm Ruslana 2 otaqlı ev almışam. Ad günündə özünə təqdim edəcəm. Bundan başqa, onun 2 maşını var. Biri “İnfiniti” digəri isə “Luimizin”. Çox sayda da qızıl-zinət əşyaları var”.
Elmira Məmmədova qeyd edib ki, İlhamə Quliyevanın mirası qohumlar arasında da bölüşdürülə bilər:
“Amma biz görmüşük ki, valideyn ölər, miras övlada qalar. Bu işlə vəkil Habil Vəliyev məşğul olur”.
“İlhamə Quliyevanın mirası nə qədər dəyərləndirilə bilər?”- sualına isə vəkil “2 milyon olar” cavabını verib.
Sorğu
Yeni dizaynımız necədir?