Gecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib. Erməni tərəfinin bütöv bir bölüyü məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb. gundemxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli və Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edən şahidlərə istinadən Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər. Hadisə şahidlərindən birinin verdiyi xəbərə görə, onların olduğu ərazidə çoxlu sayda vurulmuş maşın və 6 nəfərin meyiti olub. Orada olan bütün giriş yolları intensiv artilleriya atəşinə məruz qalır. Yerli hospitaldan verilən məlumata görə, ora 12 yaralı gətirilib ki, onlardan da 5-nin vəziyyəti ağırdır. KİV-in məlumatına görə, Ermənistan silahlı dəstələri Ağdarə rayonunda təqribən 80 əsgərini itirib. Bu məlumatları Rusiya mətbuatı da təsdiq edir. Rusiya KİV-i bu istiqamətdə çoxlu sayda itkilərin olduğunu yazır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?