"Azərbaycan ordusu düşmənə nəinki layiq olduğu cavabı verdi, eyni zamanda işğal edilmiş bir sıra əraziləri, strateji yüksəklikləri azad edərək, düşmənin başını əzdi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan ordusu Ermənistan Ordusundan qat-qat güclüdür və istənilən tapşırığı yerinə yetirməyə hazırdır".
Bunu Trend-ə millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsini Azərbaycan dövləti daim sülh, danışıqlar yolu ilə həll etmək istəyib: "Yəni təcavüzkar ölkənin işğal etdiyi Azərbaycan ərazilərini qan tökülmədən boşaltmağa çalışıb. Ermənistan isə işğalı uzatmağa və mövcud status-kvonu davam etdirməyə çalışıb. Bu azmış kimi, işğalçı-terrorçu ölkənin qoşun hissələri təmas xəttində yerləşən azərbaycanlı yaşayış məntəqələrini daim atəşə tutub. Azərbaycan isə yalnız cavab verməyə məcbur olub".
Deputat qeyd edib ki, son vaxtlar işğalçı ölkənin təxribatlarının artması bir sıra səbəblərlə bağlıdır. Birincisi, Ermənistanı ağır böhrana düşürən və ondan çıxarmağı bacarmadığını görən Serj Sarkiyanın cinayətkar-korrupsioner rejimi ermənilərin diqqətini ölkədəki real vəziyyətdən yayındırmağa, Azərbaycanın timsalında düşmən obrazı yaratmağa və öz hakimiyyətinin ömrünü süngü üzərində oturmaqla uzatmağa çalışır: "İkincisi, atəşkəsin Ermənistan tərəfindən son vaxtlar mütəmadi olaraq pozulması Prezident İlham Əliyevin ABŞ-a səfərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda keçirilən görüşlərdəki uğurlu nəticələri, ölkəmizin ədalətli mövqeyinin - ərazi bütövlüyünün və suverenliyinin müdafiə olunmasına dair bəyanatların verilməsi ilə, Serj Sarkisyanın isə Vaşınqtonda adam yerinə qoyulmamasından doğan hisslərlə bağlıdır. Təxribatları törətməklə Ermənistan rəhbərliyi hesab edirdi ki, bəlkə bu dəfə Azərbaycan cavab vermədi. Lakin yanıldılar. Azərbaycan ordusu düşmənə nəinki layiq olduğu cavabı verdi, eyni zamanda işğal edilmiş bir sıra əraziləri, strateji yüksəklikləri azad edərək, düşmənin başını əzdi".
M.Quliyev deyib ki, Ermənistan ordusundan qat-qat güclü olan Azərbaycan ordusunun uğuru Ermənistan rəhbərliyinə bir dərs olmalıdır. Onlar işğal etdikləri Azərbaycan ərazilərini - Dağlıq Qarabağ regionunu və digər əraziləri öz xoşları ilə boşaltmalıdırlar: "Əgər belə etməsələr, onda Azərbaycan ordusunun hərəkətə keçməsinin nəticələri Ermənistan üçün fəlakətli olacaq. Nə qədər gec deyil, Ermənistan torpaqlarımızı boşaltmalıdır. Ermənilər isə ayağa qalxıb, onlara bədbəxtlik gətirən kriminal Sarkisyan rejimini süpürüb hakimiyyətdən uzaqlaşdırmalıdır".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?