Hamını sevincə boğacaq qələbə xəbərindən danışan mənbələr rəsmi açıqlama olmadan əlavə məlumat verməkdən imtina edirlər, Müdafiə Nazirliyini isə vaqeəni bu gün açıqlayacağı deyilir Azərbaycan Ordusunun aprelin 1-dən 2-sinə keçən gecədən etibarən ermənilərə cavab olaraq başlatdığı hərbi əməliyyatlar uğurla davam edir. Bir neçə günün içində Ordumuz düşmən tapdağı altında olan 3 kəndi artıq azad edib. Bundan başqa, 8 strateji yüksəkliyi isə ələ keçirib və tam nəzarəti altına alıb. Cəbhə xəttindən gələn xəbərlərə görə, hazırda Azərbaycan əsgərləri hücumlarını davam etdirir. Əsasən Ağdarə və Füzuli rayonları istiqamətində hücumlar təşkil olunur ki, bu da düşmənin birinci müdafiə xəttinin yarılmasına xidmət edən əməliyyatlardan hesab olunur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara görə, Ordu birləşmələrimizin apardığı uğurlu əməliyyat nəticəsində Ermənistan Ordusu ciddi itkilər verərək, geri çəkilir. Qısa müddət ərzində düşmən tərəfinin yüzlərlə əsgər itirdiyi də verilən məlumatlar sırasındadır. Dünən gecənin son xəbəri isə Ağdarə rayonunun Madagiz kəndi düşmən tapdağından azad edilib və Sərsəng Su Anbarı rayonuna nəzarət bərpa edilib. Peşəkar hərbçilər Talış kəndinin işğaldan azad edilməsindən sonra bu ərazilərin Azərbaycan Ordusunun nəzarəti altına düşəcəyinin qaçılmaz olduğunu qeyd edirdilər. Bu əsnada, cəbhədə düşmənin geri çəkildiyi və yeni qələbələrin qeydə alındığına dair də məlumatlar var. Hərbi mənbələrdən daxil olan məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi bu gün olduqca mühüm bir qələbə barədə məlumat yayımlayacaq. Mənbələrin bildirdiyinə görə, dünən günorta saatlarından başlayan hərbi əməliyyatları gecə yarısında Ordumuz uğurla başa çatdırıb. Və mühüm strateji əhəmiyyət daşıyan bir çox məntəqələri ələ keçirib. Mənbələr rəsmi məlumat yayılmadan bu barədə əlavə xəbər verməkdən imtina ediblər. Onlar sadəcə, vəziyyətin əhəmiyyətini belə izah ediblər: «Hadisə bütün Azərbaycan xalqını ayağa qaldıracaq həddədir. Bu son illər susadığımız qələbələr seriyasının başlanğıcı olacaq».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?