Kredir borcununa görə baş verən intiharların şok statistikası
İndi Azərbaycanda intiharların əksəriyyəti kredit borclarına görə baş verir. 2015-ci il fevralın 21-də gerçəkləşdirilmiş devalvasiyanın təcrübəsinə əsaslanaraq demək olar ki, dekabrın 21-də baş vermiş devalvasiyadan sonra bu cür hadisələr artır.
Çünki birinci devalvasiyadan sonra da ölkə üzrə problemli borclar artmağa başladı və Azərbaycanın yeni tarixində ilk dəfə olaraq insanlar borca görə öz həyatlarına qıymağa başladılar. Bu məsələdə əsas faciə qurbanları dollar ilə kredit götürmüş insanlar oldu. Devalvasiyadan sonra insanların qazancı dəyişməsə də, kredit ödənişləri avtomatik olaraq yüksəlir. Nəticədə insanlar kreditləri verə bilmirlər və problemli kreditlər artır.
Birinci devalvasiyadan sonra dollarla götürülmüş problemli kreditlərin həcmi aybaay və böyük sürətlə artdı. Əgər 2015-ci ilin yanvar ayında 204,4 milyon manat xarici valyutada götürülmüş problemli kredit vardısa, fevral ayında bu rəqəm 314,5 milyon manata, mart ayında 361,8 milyon manata, apreldə isə 400,7 milyon manata qalxmışdı.
Qeyd edək ki, ölkə əhalisinin 2.6 milyon nəfəri banklara borc ödəyir. Qeyri-rəsmi borcların miqdarı da təxminən bu qədərdi. Demək istəyirik ki, ölkədə potensial intihar mühiti formalaşdırılıb.
Amma yazının əsas məqsədi intiharlara görə məsuliyyət məsələsini üzə çıxarmaqdı. Bildiyiniz kimi cinayət məcəlləsində “intihar həddinə çatdırma” maddəsi nəzərdə tutulub və bu ittihamla bugünə qədər xeyli insanlar həbs olunub. Məhz bu maddəni rəhbər tutaraq kütləvi intihar hallarını araşdırmaq lazımdır. Insanları intihar həddinə çatdıranlar cəzalandırılmalıdır. Ümumiyyətlə, bu intiharlarla bağlı işlər eyni icraatda birləşdirilməli və ciddi araşdırma aparılmalıdır.
Dollarla verilən ümumi kredit çantasının 4 faizinə bərabər olan bu məbləğ makroiqtisadi baxımdan təhlükəsiz görünsə də, minlərlə ailənin faciəsi deməkdir. Buna görə də ikinci devalvasiyanın bu faciəni daha da
dərinləşdirəcəyini güman etmək olar və artıq bu istiqamətdə ilk siqnallar gəlməkdədir. Çünki yanvarda artıq iki belə hadisə baş verib.
Sahibkar niyə özünü asıb?
İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov ötən ilin aprelin 6-da, səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşid Zalovun qardaşı Əlibala Zalov qardaşının intihar etməsininin səbibini belə izah edib: “Qardaşımın rayondakı bankların hamsına borcu var idi. Buna görə həmişə narahat idi. Qardaşım kredit borclarını ödəyə bilmədiyi üçün özünü asıb”.
Əlibala Zalov daha sonra qeyd edib ki, qardaşı borclarına görə, canına qıyıb: “Qardaşım səhər tezdən özünü həyətdəki çardaqdan asaraq intihar edib. İndi ona yas mərasimi veririk. İntihar edən zaman yanında heç kim olmayıb. Ailəsinin xəbəri olanda isə artıq hər şey gec idi. Uşaqlar zəng edib məni çağırdılar. Qardaşım qollarımda can verdi. Adi adamların da qardaşıma borcu var idi. Həmin şəxslər borclarını ödəmədiklərinə görə o da banklara ödəniş edə bilməyib”.
Əlibala Zalovun bildirdiyinə görə, intihar edən qardaşı uzun illərdir ticarətlə məşğul olurmuş: “Qardaşım ticarətlə məşğul olurdu, dövlət işində işləmirdi. Onun İmişlidəki ticarət mərkəzində köşkü var idi. Rəşid aldığı kreditləri ticarətə xərcləyirdi”.
Qardaşının sözlərinə görə, mərhumun 4 övladı var: “Onun iki oğlu, iki qızı var. Uşaqlar hələ balacadırlar. Qardaşımın problemdən çıxış üçün intihar etməsi düzgün yol deyildi. İndi hamının bir-birinə borcu var. Buna görə intihar etmək olmaz. Qardaşım hər sözü özünə qəbul eləmirdi. O, deyilən sözlərdən əzab-əziyyət çəkdiyini söyləyirdi. Biz nə etsək də qardaşımı geri qaytara bilməyəcəyik. Olan oldu, keçən keçdi. Qardaşımı torpaq apardı. Nə qədər nəfəsim gəlir, qardaşımın ailəsinin və balalarının yanında olacağam”.
Banka borcu olduğuna görə özünü asdı
Ötən ilin iyulun 8-də Bərdədə baş vermiş intihar hadisəsinin səbəbi banka olan kredit borcu ilə bağlı olub. 23 yaşlı Yevlax rayonunda anadan olmuş və Bərdədə qeydiyyatda olan Elşad Vaqif oğlu Dadaşov özünü kəndirlə “Tərtərçay” üzərindəki körpüdən borca görə asıb.
Hadisənin həmin günün gecə saatarında baş verdiyi bildirilir. Onun meyiti iyulun 8-də, səhər 08:00 radələrində aşkar edilib. Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, Elşad Dadaşov ailəlidir, 1 övladı var. Hazırda faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparır.
Həmin ilin oktyabrında isə Salyanda bankların birində sürücü işləyən 1962-ci il təvəllüdlü İsgəndərov Telman Əmir oğlu şəxsi tabel silahından atəş açaraq intihar edib.
Hadisə günorta saatlarında baş verib. Nahar fasiləsi ərəfəsində Telman İsgəndərov bankın həyətində xidməti avtomobilinə oturaraq gicgah nahiyısindən atəş açıb. İlkin versiyaya görə, sürücünün banklara xeyli borcu olub və gəliri həmin borcları tamamlaya bilmədiyi üçün belə addımı atmağa məcbur olub.
Kredit borcu olan 25 yaşlı gənc canına qıydı
2015-ci ilin avqustun 10-da, günorta saatlarında özünü Dənizkənarı Milli Park ərazisində dənizə ataraq intihar edən Pərvin Ağayevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Qeyd edək ki, 25 yaşlı gənc əslən Lәnkәran rayonunun Şirinsu kәndindən imiş. Ailənin yeganə oğlu olan Pərvin Lәnkәran Dövlәt Humanitar Kollecinin “Kompüter mühәndisliyi” fakültəsini bitirib. Maddi durumları yaxşı olmadığına görə ata vә anasını rayonda qoymağa məcbur olan gənc Bakıya işləməyə gəlib.
Bir neçə il əvvəl mərhumun danışma qüsuru olan qardaşı da vəfat edibmiş. Buna görə də ailədə işləyən tək adam məhz Pərvin olub. İntihar edən gəncin 5 müxtəlif banka kredit borcu olub. İntiharın da bu
səbəbdən baş verdiyi ehtimal edilir. Ev tikdirən subay gənc kreditə elə tikinti xərclərini qarşılamaq üçün müraciət edib.
12 yaşlı İsmətin intihar səbəbi
Ötən ilin bilik günü həm də İsmayıllı rayonunda 12 yaşlı şagirdin intiharı ilə yadda qaldı. Məktəbli İsmət Əsədov həmyaşıdlarının yeni dərs ilinə hazırlaşdığı bir vaxtda müəmmalı şəkildə canına qıyıb. Məktəblinin intiharının səbəbi kimi məktəbə getmək üçün formasının və dərs ləvazimatlarının olmadığı iddia edilirdi. Başqa bir iddiaya görə isə 12 yaşlı məktəblinin nevroloji problemləri var imiş.
12 yaşlı məktəblinin atası Qismət Əsədov oğlunun məktəb forması ala bilmədikləri üçün intihar etməsi versiyasını təkzib edib. Övladının heç zaman onlardan maddi olaraq nəsə tələb etmədiyini deyən ata İsmətin düşüncələri, xasiyyəti haqda bunları bölüşüb: “İsmət bizdən nəsə tələb etməzdi. Maddi imkanımızın nəyə çatdığını bilirdi. Sıxıntımız çox idi, amma İsmət bunu başa düşürdü. İmkanımız çatmayan heç nəyi bu günədək tələb etməyib. Heç kimlə işi olmazdı. Qonşular da, müəllimləri də, dostları da İsməti sakit bir uşaq kimi tanıyırlar. Yeni məktəb forması ala bilməmişdik, amma İsmət bunu problem etmirdi. Elə həmin gün mağazadan dəftər və qələm almışdı”.
Ata İsmətin intihar etməsinə səbəb olacaq vəziyyəti belə danışıb: “Ailəmizdə maddi çətinliyimiz var. Bir neçə banka kredit borcumuz var. Son zamanlar ödəyə bilmirdik. Borclar qızımın xəstəliyinin müalicəsindən sonra yaranıb. Bankdan götürdüyüm krediti verə bilmirdim. Ödənişləri başqasından borc alıb qaytarırdım. Sonra bu borclar da çoxaldı. Borcları da qaytarmaq üçün yenə də kredit götürdük. Yoldaşımın da, mənim də adıma kredit var. Heç birimiz işləmirik. Qazancımız elə bağda işləməkdən çıxır. İsmətin intiharından iki gün əvvəl bankdan evə bir neçə nəfər gəlib. Biz evdə olmamışıq. Qızım və balaca uşaqlar olub. Uşaqlara deyiblər ki, əgər borcunuzu ödəməsəniz, polislə gəlib evinizdəki əşyaları aparacağıq. Uşaqlar qorxmuşdu. İsmət də bundan təsirlənmişdi. Bilirəm ki, maddi sıxıntılar ona təsir edirdi. Amma gizlətmək də olmurdu axı. Hər şey göz qabağında idi”.
İntiharın sirri
İntihar borcuna görə 2015-ci ilin noybarın 4-də Biləsuvar rayonunda intihar hadisəsi baş verib. Rayona bitişik Bəydilli kəndinin sakini Cavanşir adlı şəxs özünü asaraq intihar edib. Təxminən 40 yaşı olan Cavanşirin özünü asmasına səbəb kimi banklara olan borcu göstərilir. Mərhum ailəli olub, bazarda meyvə satırmış.
Qeyd edək ki, təxminən bu hadisədən bir ay öncə Biləsuvarda ölkədə rezonansa səbəb olan intihar hadisəsi baş vermişdi. Biləsuvar Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayev iş otağında özünü asmışdı.
2015-ci ilin noyabr ayının 23-də Bakıda metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında özünü yandıran Naxçıvan sakini Malik Hüseynovun da intihar cəhdinin əsas səbəbi banklara olan borclarla bağlıdır.
Malik Hüseynovun anası Səkinə Hüseynovanın dediyinə görə, oğlu devalvasiyadan sonra kredit borclarını ödəyə bilməyib: “Manat devalvasiyaya uğrayana qədər oğlum pulu normal şəkildə ödəyirdi. Ancaq dolların bahalaşmasından sonra ödəniş etməyi bir az çətinləşdi. Son iki ayda isə ümumiyyətlə ödəniş edə bilmədi. Buna görə də maşını axtarışa verilmişdi”.
Bu ilin yanvar faciəsi
Bu ilin yanvarın əvvəlində Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Alik Novruzov özünü məktəbin qazanxanasında yandırıb.
Təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş. Çıxış yolunu intiharda görən Alik Novruzov məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb.
Bakının Pirallahı rayonunun Səməd Vurğun küçəsində yaşayan Ələmdar Salamov banklara olan böyük borcuna görə özünü yaşadığı evin həyətindəki yarımtikilidə asmışdı.
İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir. Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb.
Digər hadisə isə Ağdaş rayonunda baş verib. Rayonun Aşağı Qəsil kənd sakini 1957-ci il təvəllüdlü Nizami Vəli oğlu Cabbarov yanvarın 6-da, gecə saatlarında özünü yaşadığı evin meyvə bağındakı ağacdan asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkar edib. 58 yaşlı kişinin intihar etməsinə səbəb banklara külli miqdarda borcu olması göstərilirdi.
Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Kamal Yaqubov bu ilin yanvarın 15-də yaşadığı evdə özünü asıb. Yaxınları bildiriblər ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var. Ondan bir gün əvəl isə Ramana qəsəbə sakini, 3 uşaq atası bankdan dollarla götürdüyü krediti ödəyə bilmədiyi üçün özünü asmışdı…
Ərinin banka borcu olduğunu bilən gəlin özünü asdı
Bu ilin martın 8-də Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonun Qaraçala kənd sakini, 1990-cı il təvəllüdlü Ruhəngiz Babayeva özünü asaraq intihar edib. 25 yaşlı Ruhəngiz özünü həyətlərindəki yarımtikilidə asıb.
Ruhəngiz Babayeva yeni ailə qurub. Onun bir azyaşlı övladı olub. Ailə qurduğu şəxs isə həm ana, həm də ata tərəfdən ona qohum olub. Yoldaşının anasını elektrik cərəyanı vurub rəhmətə gedib. Atası isə ağır xəstəlikdən dünyasını dəyişib. İndi də bu gəlin həmin evdə özünü asıb.
Aldığımız məlumata görə, intihar edən gəlinin qardaşı bir gün əvvəl tort üçün lazım olan ərzaqları alaraq bacısından onun nişanlısı üçün bayram tortu hazırlamasını xahiş edib. Ruhəngiz bayrama görə, evlərində təmizlik işi apardığını deyib və qardaşından aldıqlarını atası evinə
aparmasını xahiş edib. O, təmizlik işləri bitdikdən sonra ora gələrək tortu hazır edəcəyini deyib.
Həmin hümü axşamüstü uşağını saxlaması üçün qaynına verib. Özü isə bir az işi olduğunu, tez qayıdacağını deyib. Amma sonra ondan xəbər olmayıb. Gəlinin asılmış meyitini isə yoldaşının babası aşkar edib.
Heç bir problemin yaşanmadığı ailədə baş verən hadisə hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür.
Banka borcu olanların faciəli sonluğu
Bu ilin martın 12-də Bakı bulvarında intihar hadisəsi baş verib. Həmin gün axşam saat 7 radələrində Saat Qülləsinin yaxınlığında 40-45 yaşlı kişi özünü dənizə atıb. Yaxınlıqdakı şəxslər çalışsalar da, onu xilas edə bilməyib.
Hadisə yerinə gələn xilasedicilər intihar edən şəxsin meyitinin axtarışına başlayıb. Hadisə yerinin yaxınlığında intihar edən şəxsin pencəyi tapılıb. O, özünü dənizə atmazdan əvvəl pencəyini dirəyə asıbmış. Pencəyin cibindən intihar edən şəxsin məktubu tapılıb. Məktubda həmin şəxs bank borcunun olduğunu və bu borcu ödəyə bilmədiyini yazıb.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəyha Hüseynov küçəsi, ev 32 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1930-cu il təvəllüdlü Əliş İsmayıl oğlu Bəhramov yaşadığı evdə boğazını bıçaqla kəsərək intihar edib. Xəsarət alan kişi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 86 yaşlı kişinin boğazını kəsməsinin səbəbi banka borcu olması ilə bağlı olub.
Bakıda oxşar intihar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Əslən Zəngilan rayonundan olan və Zabrat qəsəbəsi, oktyabr küçəsi, ev 64, mənzil 55 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Həsənqulu Aydın oğlu Hümmətov yaşadığı evin hamamında boğazını bıçaqla kəsərək intihar edib. 43 yaşlı kişi çoxlu qan itirdiyindən hadisə yerində dünyasını
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?