Bakıda 27 yaşlı qardaş 25 yaşlı bacısını dəsmalla boğaraq qətlə yetirib.
Xəzər Rayon Prokurorluğundan "Xəzər Xəbər"ə verilən məlumata görə, dekabrın 22-də saat 12:00 radələrində Xəzər rayonu Şüvəlan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğaraq qətlə yetirib.
Hadisə ilə bağlı Tofiq Qədimov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?