Bununla bağlı məsələyə aydınlıq gətirən "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baxmayaraq ki, qanunvericilikdə ictimai nəqliyyatdan yalnız müddətli həqiqi hərbi xidmət qulluqçularının pulsuz istifadə edə bilməsinin qeyd olunmasına baxmayaraq, onlar bunu şirkət olaraq bütün hərbçilərə aid edirlər: "Qanuna görə, yalnız əsgərlər ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər. Amma biz hərbi forma geymiş şəxsin əsgər və ya zabit olmasına fərq qoymuruq. Əgər o insan hərbi forma geyinibsə, sürücü ondan gediş haqqı tələb etməyəcək. Əgər həmin şəxs hərbi formada deyil, mülki geyimdədirsə, o zaman xidməti vəsiqəsini sürücüyə göstərməlidir. Bu qayda eynilə polis əməkdaşları üçün də keçərlidir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?