Estoniyanın 15 regionunun 11-də ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib.
gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson bildirib.
Onun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki pulsuz nəqliyyat, yüngül avtomobillərin istifadəsini azalda bilər.
2017-ci ildə Estoniya parlamenti, 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını məqsəd qoyub.
K.Simsonun sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır.
Xatırladaq ki, paytaxt Tallində ictimai nəqliyyat 2013-cü ildən bəri pulsuz edilib. Bu ancaq sakinlər üçün nəzərdə tutulub. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.
Sorğu
Yeni dizaynımız necədir?