Türkiyənin İstanbul şəhərində təhsil alan gənclər Azərbaycana, Dağlıq Qarabağda baş verən döyüşlərə dəstək aksiyası keçiriblər.
İstanbulda yerləşən Qalatasaray liseyinin qarşısında toplaşan yüzlərlə gənc aksiyaya Türkiyədə və Azərbaycanda şəhid olan əsgərləri 1 dəqiqəlik sükutla yad edərək başlayıb. Daha sonra "Şəhidlər ölməz, Vətən bölünməz", "Azərbaycan əyilməz, türkün beli bükülməz", "Qarabağ bizimdir, bizim olacaq" kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçıları Ermənistanın Dağlıq Qarabağı işğal etməsini pisləyən plakatlar açıb və Azərbaycan əsgərlərinə dəstək olduqlarını bir daha qeyd ediblər:
"Hər bir Azərbaycan vətəndaşı kimi biz də hər zaman döyüşə hazırıq. Vətəndən uzaqda yaşasaq da, ürəyimiz Azərbaycanla, Qarabağımızla döyünür. Ona görə də lazım olan anda Vətənimiz uğrunda döyüşməyə hazırıq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?