GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sumqayıt Texniki Kollecində nə baş verir?

Sumqayıt Texniki Kollecində nə baş verir?

Tarix: 7-04-2016, 14:40 Bölmə :Ölkə Baxış: 0
Sumqayıt Texniki Kollecində nə baş verir?

Mətanət Pirquliyeva kollec daxilində dözülməz vəziyyət yaradıb Bir sıra universitet və kolleclərdə vəziyyət dözülməzdir. Tələbələrin dərsə davamiyyətindən tutmuş, müəllimlərin öz vəzifə borclarını necə yerinə yetirmələrinə kimi xoşagəlməz hallar yaşanır. Gundelik-baku.com-un məlumatına görə, belə məkanlardan biri də Sumqayıt Dövlət Texniki Kollecidir ki, orada vəziyyət dözülməz həddə çatıb. Amma təhsil nazirliyi susmaqda davam edir. Xüsusi olaraq vurğulanır ki, bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Hər zaman yadda saxlamaq lazımdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə təhsilimizin inkişafına böyük təkan verir. Digər tərəfdən isə kollec sitemində təhsil almış mütəxəssislər daha geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərmək imkanları əldə edirlər. Bu isə öz növbəsində kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapmasında ifadə olunur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bu gün Sumqayıt Dövlət Texniki Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir. Kollecin direktoru Mətanət Pirquliyevanın yol verdiyi özbaşınalıqlar və qanun pozuntuları isə, hətta, Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Redaksiyamıza bu xüsusda daxil olan məlumatlarda bildirilir ki, kollecdə dözülməz vəziyyət yaranmışdır. Bu barədə tələbələrin Təhsil Nazirliyinin qaynar xəttinə edilən şikayətlərinə də məhəl qoyulmur. Adının çəkilməsini istəməyən tələbələrin verdiyi məlumata görə, burada bir imtahanın qiyməti 50 manatdan az deyil. Sumqayıt Dövlət Texniki Kollecində olan mənbənin söylədiyinə görə, burada “açıq bazar sistemi” yaradılmışdır: “

Sumqayıt Texniki Kollecində nə baş verir?

Kollecin direktoru Mətanət Pirquliyeva bütün işləri kollecdə işləyən 3 nəfər şöbə müdirlərinin əli ilə görür. Mərkəzləşmiş qaydada hər qrupdan bir tələbə üçün 350 manatdan yığılan pul şöbə müdirinə verilir. Kollecdə tələbələrə “oxuyan qiymət alır” sözləri deyilsə də, imtahan zamanı yaxşı cavab verənlərdən də pul istənilir. Bu dəfə onlara “özün üçün oxuyursan, mənə nə?” sözləri deyilir. Qəribədir, görəsən Təhsil Nazirliyinin bunlardan xəbəri yoxdurmu? Qəti surətdə ola bilməz ki, kollecin direktoru Mətanət Pirquliyeva sessiyada yığdığı yüz minlərdən Təhsil Nazirliyinə məlumat verməsin”. Daha sonra məlumatlarda qeyd olunur ki, bu kollecdə təhsil alan tələbələr yalnız 1-ci semestr oxuyurlar. Biliyə qiymətin olmadığını gördükdən sonra özlərini oxumaqla yormamağı üstün tutan tələbələr növbəti semestrlərdə sadəcə deyilən məbləği verirlər. Məsələ təkcə bunula da bitmir. Sumqayıt Dövlət Texniki Kollecində qrup nümayəndəsi qoyulmaq üçün də pul tələb olunur. Qiyməti 400-500 manatdır. Həmçinin mənbələr bildirirlər ki, kollecdə tələbələr 3 növdə təqaüd alırlar: əlaçı, zərbəçi və adi. Bu yerləri tutan tələbələr şöbə müdirlərinə müxtəlif məbləğdə pul verirlər. Təbii ki, əlaçı və zərbəçi olmaq 250 manatdan baha başa gəlir. Kollecdə tədris hissəsində baş verən neqativ hallar da diqqəti cəlb edir. Qrup jurnallarında müəllimlərin apadığı qaralamalar, dərsə gecikmə, mövzu-təqvim planının düzgün işlənməməsi kimi xətalar artıq çoxdan adi hala çevrilmişdir. Bundan başqa isə Mətanət Pirquliyevanın rəhbərlik etdiyi kollecdə “aylığa çıxmaq” təcrübəsi də tətbiq olunur ki, bu iş də yalnız direktorun öz şəxsi nəzarətindədir… Kollecdə təlim və tərbiyənin inkişaf dinamikasını əks etdirən fənn birləşmələri komissiyalarının jurnalları da yarıtmaz vəziyyətdədir. Bu məsələ birbaşa tədris işləri üzrə direktor müavininin üzərinə düşsə də, müavin Mətanət Pirquliyevin topladığı küllü miqdarda vəsaiti tək yediyinə görə, işinə bilərəkdən laqeyddir. Bundan əlavə, tələbələrin təcrübə sahəsində də ciddi axsamalar vardır. Təcrübə rəhbəri təcrübə işlərini tələbələrə təkrar mövzuları yazdırmaqla ciddi bir məsuliyyətin altına girir. Təbii ki, təcrübə rəhbəri bu məsuliyyətin altına da elə-belə girmir. Bu hər tələbəyə ən azından 30-40 manata başa gəlir. Belə gəlirin hesablanmasını da Mətanət xanım daha yaxşı bilir. Tələbələrin təcrübəyə hansı müqavilə əsasında getməsi də şübhə altındadır. Yəni, tələbələrin təcrübə keçəcəyi yerlərlə kollecin heç bir müqaviləsi yoxdur ki, bunun ozü də ciddi məsuliyyətdir. Kollec birbaşa direktorun əsarəti altındadı. Burada çalışan müəllimlər Pirquliyevadan o dövrlər camaat Mircəfər Bağırovdan qorxan kimi qorxur. O bu şəraiti özü belə yaradıb ki, qabağından dillənən olmasın. Təəssüflər olsun ki, Pirquliyevanın əməllərindən hamı xəbərdar olsa da, onun özünün özündən xəbəri yoxdur. Bütün sadaladığımız faktlar isə, nədənsə qarşı tərəfi, yaxud da nazirliyi narahat etmir. Belə olmasaydı çoxdan adıçəkilən təhsil olağında yaşananlara son qoyulardı. Qarşı tərəfi də dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 2 saylı Bakı Baza Tibb Kollecinin sağalmayan“rüşvət xəstəliyi” - İTTİHAM

    2 saylı Bakı Baza Tibb Kollecinin ...

    14-06-2018, 15:01

  • 
  • Bu kolleclərdə təhsil haqqı artırıldı - SİYAHI

    Bu kolleclərdə təhsil haqqı artırıldı - SİYAHI ...

    14-08-2020, 10:44

  • 
  • Təhsil Nazirliyinin Şamaxı Dövlət Regional Kollecində baş verənlərdən xəbəri yoxdurmu ?

    Təhsil Nazirliyinin Şamaxı Dövlət Regional ...

    20-11-2017, 16:23

  • 
  • Müəllim hazırlığı və işlə təminatı sahəsində dəyişikliklər olacaq

    Müəllim hazırlığı və işlə təminatı sahəsində ...

    24-12-2013, 23:45

  • 
  • Təhsil Nazirliyində ŞÜBHƏLİ TƏYİNAT - Əmrullayevlə də uzağa gedə bilməyəcəyik...

    Təhsil Nazirliyində ŞÜBHƏLİ TƏYİNAT - ...

    15-06-2021, 12:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu