ADP sədri Sərdar Cəlaloğlunun qardaşı, şəhid atası Əbdül Məmmədov dünyasını dəyişib.
Bu haqda məlumatı ADP funksioneri Həsrət Rüstəmov yayıb. Rüstəmov bildirib ki, hazırda çox acı xəbər alıb: “Cox üzüçü bir xəbər aldım. Şəhid atası, qazi, könüllü müdafiə bataliyonunun sabiq komandiri Əbdül Məmmədov bu gün Allahın dərgahına qovuşub”.
Əbdül Məmmədov ötən əsrin 90-cı illərində Naxçıvan uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. Dəfələrlə şəxsi şücaəti ilə diqqət mərkəzində olub. Döyüşlər zamanı yaralanıb və birinci qrup əlil olub. Vətən torpaqlarının müdafiə olunmasında iki ayağını qurban verən Əbdül Məmmədov son dövrlər böyrək çatışmazlığından əziyyət çəkirdi.
Aprelin 2-5-də cəbhədə gedən döyüşlər zamanı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov şücaət göstərmişdi. Zabit qismində Lələtəpə yüksəkliyinin ermənilərdən alınması uğrunda döyüşən zabitimiz şəhidlik zirvəsinə yüksəlmişdi. Rasim Məmmədovun 40 mərasimi çıxmamış Əbdül Məmmədovun vəfatı xəbəri sarsıdıcı və çox ağır xəbərdir.
Bir daha xatırladaq ki, Əbdül Məmmədov ADP sədri Sərdar Cəlaloğlunun və tanınmış vəkil Qurban Məmmədovun qardaşıdır.
Sorğu
Yeni dizaynımız necədir?