Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədə polis əməliyyat tədbirləri ilə çox sayda oğurluq hadisələri törədən şəxsi tutaraq istintaqa təhvil verib.
Şəxsin axtarışlarına, Gəncə şəhər sakini Xəqani Əbdüləzimovun polisə Əli Nəzmi küçəsində yerləşən evindən oğurluq edilməsi barədə müraciətindən sonra başlanılıb.
Saxlanılan Salyan rayon sakini, 22 yaşlı Maqsud Əliyevin vətəndaşa məxsus evdən içərisində 14 min 751 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları olan seyfi oğurladığı məlum olub. Maqsud Əliyev dindirilmə zamanı son iki ay ərzində Gəncə şəhərində daha 4 mağaza və 1 iaşə obyektinin qarət olunmasında təqsirkar olduğunu etiraf edib. Faktlarla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?