Azərbaycan Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilən ərazilərə cəlb olunublar.
gundemxeber.az azvision.az-a istinadən bildirir ki, hazırda agentliyin əməkdaşları silahlı qüvvələrimizin Qarabağda işğaldan azad etdiyi torpaqları minadan təmizləməyə başlayıb.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov Agentliyin işğalda olan və azad edilən ərazilərin minalardan təmizlənməsinə tam hazır olduğunu bəyan etmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?