ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə birgə Göygöl rayonundakı (Bakıdan 360 kilometr qərb) ANAMA ərazisində əldəqayırma partlayıcı qurğulara qarşı mübarizə mövzusunda bir həftəlik təlim tədbiri keçirib.
Səfirliyin məlumatına gtörə, ABŞ-ın Müdafiə Nazirliyinin Əldəqayırma partlayıcı qurğulara qarşı birgə mübarizə təşkilatının mütəxəssislər qrupu Azərbaycanın hərbi və təhlükəsizlik işçiləri ilə birgə partlayıcı qurğuları təhlükəsiz şəkildə tapmaq və zərərsizləşdirmək barədə məlumatlar və ən son təcrübələr ilə bölüşüb.
ABŞ 1993-cü ildən bəri Azərbaycanda minalardan təmizləməyə dəstək məqsədilə 30 milyon dollardan artıq vəsait sərf edib.
Azərbaycanda 1990-cı illərin əvvəllərindən indiyə kimi dörd yüzə yaxın mülki insan mina partlaması nəticəsində həlak olub, 2000 nəfərdən çox insan xəsarət alıb.
Azərbaycanın Ağstafa rayonundakı Saloğlu kəndi yaxınlığındakı ərazidə, 1991-ci ildə ölkədən çıxarılan Sovet Ordusu partlayıcılarla dolu 138 ədəd bunkeri məhv edib, beləliklə ərazini yarım milyondan çox partlamamış sursat hissələri ilə zibilləyib. Bu və digər ərazilıər də daxil olmaqla ABŞ-ın maliyyə yardımı ilə minalardan və partlamamış döyüş sursatlarından təmizlənib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?