GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əhəd Abıyevin rayonunda cəhənnəm əzabı

Əhəd Abıyevin rayonunda cəhənnəm əzabı

Tarix: 10-04-2013, 10:19 Bölmə :Ölkə Baxış: 1 013
Əhəd Abıyevin rayonunda cəhənnəm əzabı

Gil və saman qarışığından tikilən evlərdə yaşayan Quşçu qəsəbəsinin sakinlərinin nə mavi yanacağı var, nə də suyu

Daşkəsəndə Azərbaycan reallığı -Milyonçunun dilənçi balaları

Daşkəsənin Quşçu dəmiryolçular qəsəbəsində 150-dən çox ailə yaşayır. Sanki dağın yamacından asılan bu evlərin bəziləri gil və saman qarışığından, bəziləri isə kərpiclərdən tikilib. Bir neçə evlərin çəpərinə dəmir vaqonlarla «yamaq» da vurulub. Kəndin adının dəmiryolu qəsəbəsi adlanması da təsadüfi deyil. Ərazinin lap yaxınlığındakı dəmiryolu xətləri 40 ildən çoxdur ki, Daşkəsən Filiz Saflaşdırma Zavodunun sərvətlərini - xammalını daşıyır.

Qəsəbədə nə mavi yanacaq var, nə də su...

İndi burada az sayda köhnə dəmiryolçu var. Onlardan biri Sahib Cəfərov deyir ki, hər gün başları üstündən yüzlərlə kiçik vaqonlarla dəmir filizi daşınır. Bu qədər sərvətin altında yaşasalar da, qəsəbədə nə mavi yanacaq var, nə də su. İnsanlar əllərini yumağa belə su gətirmək üçün hər gün bulaq başına getməli olurlar.
Sahib Cəfərov qeyd edir ki, həmin bulağı da Sovet dönəmində kənddə yaşayan almanlar qazıb çıxarıblar: «Onu elə çəkmişdilər ki, bir o tərəfdən (hazırda camaat su götürdüyü yeri deyir), bir də bizim qapının ağzından su gəlirdi. Almanlar böyük su çəni tikiblər o vaxt. İndi də onun artığıdır, gəlir bizə. Boruların hamısı çürüyüb gedib. Bəzən su gəlir, bəzən yox. Su hamıya lazımdır».

Bulaqbaşı...

Bulaqbaşına toplanan qadınlar danışırlar ki, hər gün vedrələrlə su daşımaq qış aylarında çox çətin olur: - Qazımız yoxdur. Odundan istifadə edirik. Suyumuz da gördüyümüz sudur, bulaq suyudur, dağ suyu. Hamı ordan istifadə edir, içməyə də, paltar yumağa da. Vedrə ilə daşıyırıq. Əziyyət çəkirik.
- Bax qabları doldururuq, maşın olanda maşınla aparırıq. Olmayanda da, əlimizlə daşıyırıq. Hər gün daşıyırıq. Bu səhər aparmışdım yenə boşalıb, uşaqlıyam.
- Bəs evinizi necə qızdırırsınız?
- Peç qalayırıq qışda.
Sovet dönəmində köhnə dəmiryolçu ailələrinə də, elə qəsəbənin başqa sakinlərinə də müəssisədən tonlarla kömür verilirmiş. Bütün evlər kömürlə qızınırmış: «1 ton, ton yarım, sovetin vaxtı idi. İndi kimi solyarka, kimi odun alıb yandırır».

İcra hakimiyyəti yaxşı heç nə vəd etmir...

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev deyir ki, həmin qəsəbədə heç sovet dönəmində belə qaz xətti olmayıb. Üstəlik, qəsəbədə köhnə su xətləri belə yoxdur. Cavanşir Qocayev deyir ki, qəsəbəyə su və qaz xəttinin çəkilib-çəkilməyəcəyi barədə məlumat yoxdur.
Quşçu qəsəbəsi Daşkəsən filizsaflaşdırma müəssisəsinin bir addımlığında yerləşir. Müəssisənin meneceri Nadir Quliyev deyir ki, hazırda ayda 25-30 min ton arası filiz istehsal olunur. Kəşf olunmuş dəmir filizi ehtiyatı isə 350 milyon tondan artıqdır. Bu qəsəbə sakinləri isə başları üstdə hərəkət edən milyonlardan onlara da bir pay düşməsini, qazı, suyu olan normal şəraitdə yaşamağı arzulayırlar: «Başımızın üstdən bu qədər filiz daşıyırlar, xammal daşıyırlar, pullar qazanırlar. Bir fikirləşən yoxdur ki, bu adamlara da qaz çəkək, su çəkək, yazıqdırlar... Adam yerinə qoyan yoxdur...»

Gülnur Raqifqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • FİLİZ OLİQARXI TƏHLÜKƏDƏ: ABIYEV BUNA SƏSSİZ QALACAQMI?

    FİLİZ OLİQARXI TƏHLÜKƏDƏ: ABIYEV BUNA SƏSSİZ ...

    18-02-2016, 23:21

  • 
  • Ölkənin iki rayonuna verilən mavi qaz dayandırılacaq

    Ölkənin iki rayonuna verilən mavi qaz ...

    19-12-2012, 14:42

  • 
  • "Oğullarımın mavi olmağına sevinərəm"

    "Oğullarımın mavi olmağına sevinərəm" ...

    27-03-2016, 16:25

  • 
  • Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi

    Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi ...

    17-02-2013, 12:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu