Mətbuatın gündəmindən düşməyən, daim dövlət büdcəsindən ayrılan vəsaitləri öz problemləri üçün xərcləyən Şamaxı İH başçısı bu dəfə azyaşlı körpəsi üçün gecəsini-gündüzünə qatan Zeynəb Afətinin dərdini dinləmədən onu idarədən qovdurub.
Təfərrüatı ilə desək, Zeynəb xanım çox get-gəldən sonra, nəhayət, qəbuluna düşə bildiyi Asif Ağayevdən xahiş edib ki,bu şəhərin sakini olaraq burada 2 sot torpaq almaq üçün ona şərait yaradılsın. Lakin Asif Ağayev Zeynəbə cavab olaraq deyib ki,“biz də yerli sakinlərə veriləcək torpaq yoxdur, get başqa yerdən al” Maraqlıdır, görəsən, sahəsi 1611 km² olan bir şəhərdə bu qadına 2 sot torpaq tapılmadımı? Nəzərə alsaq ki, şəhər rəhbəri və öz adamları Şamaxının torpaqlarını zəbt ediblər o zaman anlamaq olar ki, həqiqətən burada adi vətəndaşa çatacaq torpaq payı yoxdur. Mövzu ilə bağlı Şamaxı İH başçısı ilə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı. Btv.az-ın verdiyi məlumata görə Şamaxıda Zeynəb Afətli kimi narazı sakinlər çoxdur və hami bir nəfər kimi İH başçısının fəaliyyətindən narazıdır. Qeyd edək ki. bu problemlərlə bağlı bir neçə gün qabaq TİA.AZ geniş həcmli məqalə ilə çıxış etmişdi. Həmin yazıda sakinlərin torpaqlarının əlindən alınması, icra başçısının villa tikdirməsi, Şamaxı küçələrinin bərbad vəziyyətdə olması qeyd olunmuşdu. Mövzu diqqətimizdədir!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?