İsmayıl balanın 1 yaşı tamam oldu. Onu doğum günü münasibətilə ilk növbədə atası Elnur bəy, anası Aişə xanım, babaları Məhəmməd və Şirin bəy, nənələri Kəmalə və Sevil xanım, xalaları Çilənay və Fatimə xanım, bibiləri Lyuba və Türanə xanım, bir sözlə bütün əzizləri səmimi qəlbdən təbrik edib, bu işıqlı dünyaya nurlu qədəmləri ilə ayaq basan körpə balanı bağrına basaraq, ona ən xoş arzularını çatdırırlar.Onlar onu da arzu edirlər ki, şirin-şəkər baxışları, şıltaq hərəkətləri ilə bütün əzizlərinin sevimlisinə çevrilən İsmayıl balanın ömür yolları, yaz yağışıtək nurlu, günəş şüalarıtək parlaq olsun deyirlər.Böyüyüb boya-başa çatdıqca ata-anasının arzularını doğrultsun, Vətəninin layiqli övladlarından biri olsun, hər kəsin sevimlisinə çevrilsin. Bu təbrikə xüsusi olaraq əmisi Vüsal bəy də qoşulur və o da arzu edir ki, İsmayıl balanın qürurlu adı, ona gələcək həyatında əlçatmaz zirvələri fəth etməyi nəsib etsin. Allah-Təala həmişə səni qorusun!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?