“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Gürcüstanın Batumi şəhərində otel inşa etdirib. “Qazelli” adlanan oteli Türkiyənin inşaat şirkəti ərsəyə gətirb. Məlumata görə, otel təxminən 35 milyon dollara başa gəlib. 155 otağı olan otel 4 ulduzludur. Yaxın vaxtlarda otelin təntənəli açılış mərasiminin baş tutacağı gözlənilir. Qeyd edək ki, “Qazelli” AZAL prezidentinin ailə üzvlərinə məxsus brenddir. Azərbaycanın yerli kosmetika məhsulları bazarının aparıcı firması olan və 1999-cu ildə yaradılan “Qazelli”yə Əsgərovun xanımı Zərifə Həmzəyeva rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, hazırda bu firma fəaliyyət sahələrini xeyli genişləndirib və faktiki olaraq holdinqə - “Gazelli Group”a çevrilib. “Azərbaycanda parfümeriya və kosmetika istehsalı ilə məşğul olan ilk şirkət” ünvanını daşıyan qrupa daxil olan şirkətlər artıq bir çox başqa sahələrdə, o cümlədən, turizm və otelçilikdə də irimiqyaslı işlərlə məşğuldur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?