Azərbaycanda nəzarət-kassa aparatlarının satışı ilə məşğul olan “Billur Elm İstehsalat” MMC “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın şirkətini məhkəməyə verib.
Gundemxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iclası Bakı Kommersiya Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçiriləcək. Bildirilir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqədar qaldırılıb. Barəsində iddia qaldırılan şirkət – “Gazelli Group” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 milyon 32 min manat olan “Gazelli Group”un qanuni təmsilçisi Nərmin İsmayılovadır. Onu da bildirək ki, Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva eyni zamanda “Premium Bank” ASC-nin əsas səhmdarıdır. Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?