Cəbhə bölgəsində düşmən snayperindən açılan atəş nəticəsində, başından ağır yaralanan goranboylu hərbçimiz "Rembo" ləqəbli Razi Cavadovu, srağagün gecə saatlarında olmazın çətinliklərə baxmayaraq, Gəncədən Bakıya gətiriblər. Daxil olan məlumatlara görə, dünən sol gözündən əməliyyat olunan Cavadov, hələ də komadadır. Güllə gözünü və başınının müəyyən hissəsini dağıtdığından, vəziyyəti hələ də ağır olaraq qalmaqdadır. Hal-hazırda onun müalicəsi davam etdirilir. Onu müalicə edən həkimin bildirdiyinə görə, Razinin sağalmasına ümid böyükdür. Razi Cavadovun xarici ölkədə müalicəsinə gəlincə, dünən hörmətli deputatlarımızdan biri (adının hallanmasını istəməyən millət vəkili) məsələ ilə bağlı, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidmət general-mayoru cənab Natiq Əliyevlə danışır. General cavabında bildirir ki, “Razinin vəziyyəti ilə tez-tez maraqlanırıq, hələlik durumu ağır olduğu üçün, onu yerindən tərpətmək olmaz”. Genaral onu da bildirib ki, “Razi mütləq sağalacaq və əgər o, komadan ayıldıqdan sonra sağlamlıq durumunda ciddi problem əmələ gələrsə, o halda qardaş Türkiyə dövlətinə müalicəyə göndərilə bilər. Ona da əmin olun ki, hal-hazırda yaralı əsgərlərimizin həyatda qalması üçün dövlətimiz nə lazımdırsa onu da edir və edəcək də”.
Sorğu
Yeni dizaynımız necədir?