“Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq”.
gundemxeber.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gülşah Öztürk deyib.
Köməkçi bildirib ki, Türker Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır:
“Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türker Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Məndə hazırda xəstənin harda müalicəsini davam etdirdiyi barədə də məlumat yoxdur. Onu deyə bilərəm ki, Türker Kılıç tez-tez Elmar Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır”.
Qeyd edək ki, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.
Qeyri-rəsmi məlumatlara və sosial şəbəkələrdə paylaşılan şəkilə əsasən, Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?